Türkiyə qadını qadın səfirlərin gözü ilə

Türkiyənin paytaxtı Ankarada akkreditə olunmuş dörd qadın səfir çay süfrəsində bir araya gələrək Türk qadını ilə bağlı təəssüratlarını bölüşdülər.

684190
Türkiyə qadını qadın səfirlərin gözü ilə
Anna Turenicova.jpg
Paivi Kairamo.jpg
Marin Mottus.jpg

 Türkiyənin paytaxtı Ankarada akkreditə olunmuş dörd qadın səfir çay süfrəsində bir araya gələrək Türk qadını ilə bağlı təəssüratlarını bölüşdülər.
 
 Slovakiyanın Ankara səfiri Anna Tureniçova, Portuqaliyanın Ankara səfiri Paula Leal Da Silva və Estoniyanın Ankara səfiri Marin Mottus və Finlandiyanın Ankara səfiri Paivi Kairamo Türk qadınlarını güclü, çalışqan, gözəl, bacarıqlı və fərqlilikləri ilə zəngin kimi xarakterizə etdilər.
 
 Üç qadın həmkarını iqamətgahında qəbul edən Finlandiyanın Ankaradakı səfiri Kairamo ölkəsinin Türkiyə ilə münasibətlərinin tarixinin 100 ildən çox olduğunu vurğulayaraq:"Qadınların siyasi həyatda iştirakına əhəmiyyət veririk. Finlandiya və Türkiyənin qadın millət vəkillərinin qarşılıqlı səfərlər etmələrini və əlaqə yaratmalarını təmin edir və dəstəkləyirik" deyə danışdı.
 
 Portuqaliyanın Ankara səfiri Paula Leal Da Silva Türkiyə və Türk qadını ilə əlaqədar təəssüratlarını bölüşərək: "Türkiyəyə turist kimi gələndə də buranın fərqlilikləri bir araya sığdıran bir ölkə olduğunu düşünmüşdüm. Müxtəliflik hər zaman yaxşıdır. Cəmiyyətin  bünövrəsinin sağlam və möhkəm olduğu nəzərə çarpır" dedi.
 
 Slovakiyanın Ankaradakı səfiri Tureniçova da bu müxtəlifliyə diqqəti çəkdi və: "Hamının dostluq içində yaşadığını görürük. Yolda gedərkən biri mini ətəkli, digəri hicablı olan iki gənc qadını qol qola görə bilərsiniz. Digər tərəfdən, Türkiyənin Slovakiya Səfirliyində çalışan qadın dostlarımız da, Xarici İşlər Nazirliyində və digər nazirliklərdə təmas qurduğumuz qadınlar da son dərəcə peşəkar və işgüzardırlar" dedi.
 
 Portuqaliya səfiri Silva Türk qadınlarının çox gözəl olduğunu qeyd etdi, Finlandiya Səfiri Kairamo da Türkiyədəki qadınların çox güclü olduğunu vuğuladı.
 
 Estoniya səfiri Mottus: "İyundan etibarən Türkiyədəyəm, amma bu qısa zamanda belə işlərində uğurlu olan bir çox qadınla tanış oldum. Türk qadınının güclü mövqelərdə olduğunu görmək çox təsirlidir. İndiyə qədər tanış olduqlarım arasında muzey müdiri də var, redaktor da. Aşıb-daşan enerjiyə malik qadınlardır" dedi.



Әlaqәli Xәbәrlәr