"Türkiyə Silahlı Qüvvələrinə millətimiz adından təşəkkür edirəm",F.İşıq

Milli müdafiə naziri Fikri İşıq Türkiyəni bölməyə cəhd göstərən qüvvələrə qarşı ciddi mübarizə aparıldığını bildirib.

680367
"Türkiyə Silahlı Qüvvələrinə  millətimiz adından təşəkkür edirəm",F.İşıq

Milli müdafiə naziri Fikri İşıq Suriyada Əl-Babın DEAŞ-dan təmizlənməsi əməliyyatını böyük qəhrəmanlıqla başa çatdıran Türkiyə Silahlı Qüvvələrinin (TSQ) bütün ünsürlərinə təşəkkür edib.

Fikri İşıq Kocaeli şəhərində təşkil edilən tədbirdə etdiyi çıxışda deyib ki, Türkiyəni bölməyə cəhd göstərən qüvvələrə qarşı ciddi mübarizə aparılır. Hal-hazırda Türkiyənin  təqribən 35 illik terrorla mübarizə tarixində PKK-ya ən ağır zərbələr endirilir. Qış şərtlərinin hökm sürdüyü, 2 metrə yaxın qarda da təhlükəsizlik qüvvələrimiz əməliyyatlarını aramsız davam etdirir.

“Bir tərəfdə bölgədə bəzilərinə xidmət edən qüvvələrə qarşı ciddi terror mübarizəsi aparılır. Digər tərəfdə isə ölkəmizdən kənardan da olsa bizə istiqamətli tərroru məhv etmək məqsədi ilə sərhəddən kənarda əməliyyatlar həyata keçirilir. 24 avqustda başladılan “Fərat Qalxanı” əməliyyatı bu qətiyyətli mübarizənin konkret göstəricisidir” deyə müdafiə naziri vurğulayıb.

Əl-Bab əməliyyatının tamamlandığını qeyd edən nazir bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azad Suriya Ordusu  (ASO) Əl-Babdan da DEAŞ-ı tamamilə təmizlədi.

Cerablus, Rai və Dabıkın da DEAŞ-dan xilas edildiyini, buraların təhlükəsiz bölgəyə çəvrildiyini xatırladan nazir: indi də DEAŞ-dan təmizlənən bölgələrdə o bölgə əhalisinin əmin-amanlıq içində yaşaya bilməsi üçün vacib olan fəaliyyətlər davam  etdirildiyini bildirib.

“Əl-Bab əməliyyatını böyük qəhrəmanlıqla tamamlayan TSQ-nın bütün ünsürlərinə  millətimiz adından təşəkkür edirəm. Çox böyük qəhrəmanlıqlar göstərdilər. Ciddi fədakarlıqlar etdilər və bu bölgəni DEAŞ kimi indiyədək dünyanın gördüyü ən qanlı terror təşkilatlarından birini təmizlədilər” deyə milli müdafiə naziri Fikri İşıq dilə gətirib.



Әlaqәli Xәbәrlәr