"İqtisadi əlaqələr siyasi və strateji inkişafa töhvə verəcək"

İqtisadiyyat naziri Nihat Zeybəkci, İstanbulda təşkil edilən Türk Amerikan İşadamları Dərnəyinin 30-cu il dönümü  tədbirinə  qatılıb.

679102
"İqtisadi əlaqələr siyasi və strateji inkişafa töhvə verəcək"

Naziri Zeybəkci burada etdiyi çıxışında  iki ölkə arasındakı əlaqələrin  keçmişə əsaslandığına diqqət çəkib. Türkiyə və ABŞ-ın müttəfiq ölkələr olduğunu  ifadə edən Zeybəkci, iki ölkə arasındakı iqtisadi əlaqələrin siyasi və strateji inkişafa da töhvə verəcəyini qeyd edib. Türkiyənin investisiya potensialına toxunan Zeybəkci, "gəlin bu sahədəki imkanlardan   bərabər istifadə edək” deyib.

Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasındakı ticari əlaqələrə dəstək olan firmalara lövhə verilən tədbirdə, Dərnəyin fəxri prezidenti Zeynel Abidin Ərdəm, Prezidentin baş müşaviri və Türkiyə Basketbol Federasiyasının Başçısı Hidayət Türkoğlu, Prezidentin baş müşaviri Səadət Oruc, Çalık Holdinq İdarə heyətinin Başçısı Əhməd Çalık, iş, sənət və siyasət dünyasından çox sayda dəvətli  qatılıb.

 



Әlaqәli Xәbәrlәr