Ordu generalları arasında kritik görüş

ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford Türkiyəyə səfərə gəlir.

674163
Ordu generalları arasında kritik görüş

ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford Türkiyəyə səfərə gəlir.

Bunu Belçikanın paytaxtı Brüsseldə səfərdə olan milli müdafiə naziri Fikri İşıq söyləyib.  

Qeyd edək ki, Fikri İşıq NATO-ya üzv ölkələrin Müdafiə Nazirlərinin yığıncağına qatılmaq üçün Belçikadadır.  

Nazir Danfordun bugün Ankarada Baş Qərargah rəisi general Hulusi Akarla kritik görüş keçirəcəyini bildirib.

Görüşün əsas mövzusunun Suriya məsələsi olacağını vurğulayan nazir qeyd edib ki, Türkiyə və ABŞ tərəflərinin hərbi cəhətdən Rakka əməliyyatının birlikdə həyata keçirilib keçirilməyəcəyi nöqtəsində önəmli dəyərləndirmələri olacaq.

Texniki fəaliyyətlərdən sonra qərar veriləcəyini bildirən Fikri İşıq “ABŞ terror təşkilatı PKK-nın Suriyadakı davamı olan PYD/YPG qarşısındakı etirazımızı dəyərləndirəcək. Terror təşkilatı PKK ilə mübarizə mövzusunda daha çox dəstək verəcək”-deyə vurğulayıb.

Əl-Bab mövzusuna da toxunan milli müdafiə naziri bildirib ki, bundan sonra Münbiç və Rakka üstünlük verəcəyimiz iki məsələdir.

Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sədri Mayk Pompeo da ölkə xaricinə ilk səfərini keçən həftə Türkiyəyə reallaşdırmışdı. Onun səfəri zamanı PYD/YPG və Fətullahçı terror təşkilatı (FETÖ) başda olmaqla müxtəlif önəmli mövzular müzakirə edilmişdi.



Әlaqәli Xәbәrlәr