“İslam dünyası çox ağrılı, ciddi imtahanlardan keçir”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan eynilə bir atəş çənbəri ilə mühasirəyə salınan İslam coğrafiyasının çox ağrılı günlərdən, ciddi imtahanlardan keçdiyini bildirib.

672176
“İslam dünyası çox ağrılı, ciddi imtahanlardan keçir”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan eynilə bir atəş çənbəri ilə mühasirəyə salınan İslam coğrafiyasının çox ağrılı günlərdən, ciddi imtahanlardan keçdiyini bildirib.

Dövlət başçısı özünün “twitter” səhifəsində bunları yazıb: “Əsrlərdir sülhün ünvanı olan İslam dünyasının adı təəssüf ki, hal-hazırda acı ilə, terrorla, gərginliklə, dağıdıcı hadisələrlə, bombalarla bir yerdə çəkilir. Şəxsiyyət və məzhəb əsasında bir-birlərinə yadlaşdırılan müsəlmanlar Suriyada, İraqda və hələ başqa yerlərdə öz özlərini məhv edirlər. Dünyada, xüsusilə Qərbdə müdəqqəs dinimizi terrorla əlaqələndirmək, bir arada səsləndirmək kimi qərəzli cəhdlərə də şahid oluruq.

“Mən bir müsəlman olaraq, kimdən gəldiyinə baxmayaraq, İslam ilə terroru əlaqələndirən bütün böhtanları rədd edirəm” deyə Ərdoğan vurğulayıb.

Bütün bölgənin, bütün İslam aləminin, hətta insanlığın gələcəyi üçün birlik olma, birlikdə addımlama zamanının çoxdan gəlib çatdığını dilə gətirən dövlət başçısı Ərdoğan onu da qeyd edib ki, coğrafiyamızda bu acıları yaşadan DEAŞ-ı, Əl-Qaidəni, Boko Haramı, Əş-Şəbabı, PKK-nı, YPG-ni, FETÖ-nü birlikdə lənətləməliyik. Bütün qardaş dövlətləri birlik və bərabərlik içində yaşamağı təmin edəcək, vahidlik yaradacaq siyasətlər izləməyə dəvət edirəm.



Әlaqәli Xәbәrlәr