Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfəri davam edir

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan  Körfəz ölkələrinә etdiyi sәfәrinin ikinci dayanacağı  Sәudiyyә Әrәbistanındadır.

671601
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfəri davam edir

Bәhreyndәki görüşlәrini başa çatdıran Rәcәb Tayyib Әrdoğan dünәn Sәudiyyә Әrәbistanının paytaxtı Әr-Riyada keçib.

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan hava limanında  Sәudiyyә Әrәbistanı kralı Salman bin Әbdülәziz, Әr-Riyad әmiri vә sәfirlik әmәldaşları  tәrәfindәn qarşılanıb.

Mәlumata görә, dövlәt başçısı  Ərdoğan vәliәhd şahzadə Məhəmməd bin Naifi  axşam saatlarında qəbul edib.

Bu gün ilk olaraq vəliəhd vəkili  şahzadə Məhəmmədi qəbul edən dövlәt başçısı Rәcәb Tayyib  Ərdoğan üçün rəsmi qarşılama mərasimi keçirilib.

Mərasimdәn  sonra kral Salman Rәcәb Tayyib Ərdoğanın şәrәfinә  rəsmi nahar yeməyi verib.

Nahardan sonra heyәtlәrarası  görüş keçirilib.

Görüşdә  regional və beynəlxalq proseslər  müzakirə olunub.

Rәcәb Tayyib Әrdoğanı sәfәri çәrçivәsindә  Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sәrvәtlәr naziri Berat Albayrak, İqtisadiyyat naziri Nihat Zeybekci, Milli Müdafiə naziri Fikri Işık, Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qərargah Rəisi general Hulusi Akar, Milli İstihbarat Təşkilatının müstəşarı Hakan Fidan (MİF) müşayiәt edir.

Qeyd edәk ki, Türkiyәnin dövlәt başçısı Sәudiyyә Әrәbistanından sonra Qәtәrә sәfәr edәcәk.



Әlaqәli Xәbәrlәr