Ərdoğan: "İslam ilə terrorizm bir araya gəlməz"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkeli Prezident Kompleksində qəbul  etdi.

664341
Ərdoğan: "İslam ilə terrorizm bir araya gəlməz"

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan islam ilə terrorun bir araya gəlməyəcəyini söylədi.
 
 Ərdoğan Almaniya kansleri Angela Merkeli Prezident Kompleksində qəbul  etdi.
 
 Türkiyiyə prezidenti görüşdən sonra keçirilən  birgə mətbuat konfransında Merkelin işlətdiyi "islamçı terror" ifadəsinə reaksiya göstərərək: "Bir şeyi xüsusilə qeyd etmək lazımdır. Xalqım bu məsələni səhv başa düşə bilər. Terror təşkilatı DEAŞ-a görə  "İslamçı terrorizm" ifadəsini işlətsək, bu, biz müsəlmanları kədərləndirər. Çünkü İslam ilə terrorizm bir araya gəlməz. İslamın hərfi mənası sülhdür. Bunu xahiş edirəm istifadə etməyək. Çünki istifadə edildiyi təqdirdə, biz bunun qarşısında durmaq məcburiyyətindəyik, səssiz qalsaq, qəbul edilər. Mən müsəlman bir prezident kimi bunu heç vaxt qəbul edə bilmərəm. Hazırda dünyada terror təşkilatı DEAŞ-a qarşı bizim qədər mübaizə aparan  ikinci ölkə yoxdur. Bizim bu mübarizədəki qətiyyətimiz davam edəcək" ifadələrini işlətdi.
 
Türkiyə prezidenti Almaniyanın Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cəhdinə qarşı istintaq çərçivəsində ekstradisiya tələblərinə qarşı göstərdiyi münasibəti tənqid edərək: "Biz, eyni zamanda,  NATO üzvüyük, iki dost, müttəfiq ölkəyik. Qərarlar qəbul edərək nəticə əldə etməyimiz məqsədəuyğun olar. PKK, PYD, YPG nədirsə, Fətullahçı Terror Təşkilatı da odur" dedi.
 
 Almaniya kansleri Angela Merkel də açıqlamasında, xain çevriliş cəhdindən sonra Türkiyəyə ilk dəfə səfər etdiyini bildirərək, terrorizmlə mübarizədə iki ölkənin yaxın əməkdaşlıq etməsinin vacibliyini vuğuladı.
 
 Merkel Suriya və İraqdakı hadisələrlə bağlı olaraq da məsələnin beynəlxalq səviyyədə məsuliyyət tələb etdiyini qeyd etdi və:" İki tərəfin də əhəmiyyət verdiyi Suriya və İraq məsələlərinə toxunduq. Qaçqın məsələsi hər iki tərəf üçün mühümdür. Türkiyə qaçqınlar üçün fövqəladə bir səy sərf edir. Bu məsələ ilə bağlı Avropa İttifaqının vəd etdiyi  maliyyə dəstəyinin də gəlməsi lazımdır" dedi.
 
 Merkel 15 iyulda bombalanan Türkiyə Böyük Millət Məclisinin binasını da gəzdi.
 
 



Әlaqәli Xәbәrlәr