Numan Kurtulmuş gündəmdəki əsas mövzulara münasibət bildirib

Konstitusiyaya dəyişiklik edilməsini nəzərdə tutan layihənin referandumda qəbul edilməsi halında Baş nazirlik rejimi 2019-cu ilə dək davam edəcək. Bunu Baş nazir müavini Numan Kurtulmuş deyib.

658074
Numan Kurtulmuş gündəmdəki əsas mövzulara münasibət bildirib

Numan Kurtulmuş, Anadolu xəbər agentliyinə gündəmə dair verdiyi açıqlamada, Konstitusiyaya dəyişiklik paketi ilə rejim dəyişikliyinin yox, sistem dəyişikliyinin nəzərdə tutulduğunu ifadə edərək: “Referandum nəticəsində Türkiyənin güclü rəhbərlik modelinə qovuşması, böyüyən, inkişaf edən, güclü bir Türkiyə üçün böyük əhəmiyyət kəsb edir. Referandum ilə əlaqəli kampaniya bu fikirlər çərçivəsində aparılacaq” deyə vurğulayıb.

 Xüsusiylə son aylarda terrora qarşı edilən ciddi və uğurlu mübarizəyə də toxunan Baş nazir müavini Kurtulmuş: “Daha güclü hökumət və ardıcıl qərarlar qəbul edəbilən rəhbərlik modeliylə terrora son qoyacaq fikirlər  çərçivəsində  kampaniya təşkil edəcəyik. Xalqın əksəriyyətinin kampaniyamıza dəstək verərək parlamentin təsdiq etdiyi kanstitusiyaya dəyişiklik mətnini qəbul edəcəyinə inanıram. Referaddum nəticəsində mətnin qəbul edilməsi halında prezidentlik rejiminə 2019-da keçiləcək” deyib.

 Diyanət İşləri Türk İslam Birliyi mənsubu imamların, Almaniyada Türkiyə adına bəzi fəaliyyətlər icra etdiklərinə dair iddialara da münasibət bildirən Numan Kurtulmuş: "Alman orqanlarına insafla, vicdanla, məntiqlə vəziyyətə yaxınlaşmalarını tövsiyə edirik. Diyanət İşlərinə mənsub vəzifəlilərimiz ilə əlaqədar iddialar gerçək deyil. Bizim heç bir vəzifəlimizin belə fəaliyyətlərə qatılması mümkün deyil. Belə böhtanlardan imtina edilməlidir” deyə qeyd edib.

Suriyanın şimal ərazilərini terror ünsürlərindən təmizləmək məqsədiylə 24 Avqustda Türkiyənin liderliyində başladılan Fərat Kalxanı hərəkatına da toxunan Numan Kurtulmuş, Koalisiya qüvvələrinin Əl Babdaki əməliyyatlar əsnasında dəstəyinin qənaət bəxş olmadığını ifadə edərək: “El Babda bölgədən olmayanların işğalına son qoyularaq, xalqın dinclik və güvən içərisində öz evinə qayıtmasına zəmin yaradılmalıdır. Türkiyənin əsas hədəfi bundan ibarətdir. Suriyadakı böhranın tarıma çəkilməsində başda Amerika Birləşmiş Ştatları olmaqla qərbli ölkələr də təsirli olub. Demək olar ki, Obama rəhbərliyi və koalisiya qüvvələrinin Suriyadakı problemin həllinə dair heç bir planları yoxdu. Ancaq Trump rəhbərliyinin, bölgə xalqlarının xeyrinə olan və onlar üçün əmin-amanlığı təmin edəcək addımlara dəstək verəcəyinə inanıram”.



Әlaqәli Xәbәrlәr