‘‘Mosul DEAŞ-dan azad edilәnәdәk Türk әsgәrlәri Başıkadakı mövcudluğunu davam etdirәcәk’’
Bunu Milli Müdafiə naziri Fikri Işık deyib.
649007
Milli Müdafiə naziri Fikri Işık Türk əsgərinin İraqın Mosul şəhəri terror təşkilatı DEAŞ-dan təmizlənәnәdәk Başika düşərgəsində qalacağını təkrarlayaraq: ‘‘Bütün bölgә DEAŞ-dan tәmizlәndikdәn sonra Türkiyә vә İraq Başıka mövzusunu yenidәn müzakirә edәcәk’’ deyib.
Fikri Işık Kırıkaledә jurnalistlәrin suallarını cavablandırıb.
İraqlı rәsmilәrin ‘‘Türk әsgәrlәri Başıkadan gedәcәk’’ şәklindәki açıqlamaları ilә bağlı Fikri Işık bildirib ki: ‘‘Mosulun DEAŞ-dan azad edilmәsi İraq qәdәr Türkiyә üçün dә әhәmiyyәtlidir. Türk hәrbçilәrinin Başıkadakı mövcudluğu çox önәmlidir. Bu anadәk terror tәşkilatı DEAŞ-ın 700 üzvü mәhv edilib’’