Binәli Yıldırım Alan Dunkanı qәbul edib

Türkiyәnin baş naziri Binәli  Yıldırım  Ankaraya sәfәr edәn  İngiltərənin Xarici İşlər nazirinin müavini  Alan Dunkanı qәbul edib.

644454
Binәli  Yıldırım  Alan Dunkanı qәbul edib
tufan erhürman.jpg

Türkiyәnin baş naziri Binәli  Yıldırım  Ankaraya sәfәr edәn  İngiltərənin  Xarici İşlər nazirinin müavini  Alan Dunkanı qәbul edib.

Çankaya Köşkündә baş tutan görüş 45 dәqiqә davam edib.

Görüşdə Türkiyənin Aİ-na tam hüquqlu üzvlük  prosesi, iki ölkə arasında yüksək səviyyəli siyasi görüşlәrin artırılması, Kıbrıs müzakirәlәri, qaçqınlar məsələsində əməkdaşlıq, müdafiə sənayesi sahəsində görüşlәr və terrorla mübarizə  kimi mövzular müzakirә olunub.

Baş nazir Binәli Yıldırım hәmçinin Şimali Kıbrıs Türk Cümhuriyyətinin Respublikaçı Türk Partiyasının sədri Tufan Erhürmanla görüşüb.

Görüşdə Türkiyə Şimali Kıbrıs  münasibətləri və adadakı danışıqlar prosesi müzakirә olunub.



Әlaqәli Xәbәrlәr