Türkiyənin ilk milli sualtı gəmiləri 2018-ci ildə dənizə buraxılacaq

Türkiyənin milli müdafiə maziri Fikri İşıq  "rəis" tipli ilk milli sualtı gəmilərin 2018-ci ildə dənizə enəcəyini bildirdi.

637187
Türkiyənin ilk milli sualtı gəmiləri 2018-ci ildə dənizə buraxılacaq

Türkiyənin milli müdafiə maziri Fikri İşıq  "rəis" tipli ilk milli sualtı gəmilərin 2018-ci ildə dənizə enəcəyini bildirdi.
 
 Fikri İşıq müdafiə sənayesində xaricdən asılılığın azaldığına  diqqət çəkərək: "Yerli  və milli imkanlarla ehtiyaclar ödənilir" dedi.
 
 Milli müdafiə naziri  Kocaeli Donanma Komandanlığındakı çıxışında  daha güclü bir müdafiə sənayesi infrastrukturu yaratmağa çalışdıqlarını söylədi.
 
 Türkiyə  Dəniz Qüvvələri Komandanı ordu admiralı Bülənd Bostanoğlu və digər rəsmilərin də müşayiət etdiyi Fikri İşıq inşası davam edən "Pirirəis" sualtı gəmisinə baxdı.
 
  Fikri İşıq "Pirirəis" sualtı gəmisinin ilk səfərinə 2020-ci ildə  başlayacağının planlaşdırıldığını bildirdi.
 
 Milli müdafiə naziri hərbi zavodlarda da yenidənqurma işlərinin getdiyini qeyd etdi.
 
 



Әlaqәli Xәbәrlәr