Numan Kurtulmuş:"Terrorizmə qarşı bu mübarizədə qalibiyyət millətimizindir"

Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş şənbə günü axşam İstanbulda törədilən terror hücumundan sonra dünyanın hər tərəfindən dəstəklərin gəldiyini, lakin bunların kifayət qədər olmadığını dilə gətirdi.

629078
Numan Kurtulmuş:"Terrorizmə qarşı bu mübarizədə qalibiyyət millətimizindir"

Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş  baş nazir Binəli Yıldırımın sədrliyi ilə Çankaya Köşkündə keçirilən Nazirlər Kabinetinin iclası davam edərkən jurnalistlərlə görüşdü, onların sualları cavablandırdı.
 Kurtulmuş iclasda İstanbuldakı terror hücumlarından sonra həyata keçirilən fəaliyyətlərin nəzərdən keçirildiyini,  terrorla mübarizədə bundan sonra ediləcəklərin müzakirə olunduğunu bildirdi.
 Türkiyənin daha əvvəl də PKK, DEAŞ və başqa terror təşkilatlarının bu cür hücumlarına məruz qaldığını bildirən Kurtulmuş bunlara görə haqq-hesab soruşulacağını qeyd etdi.
 Baş nazirin müavini:" Bu təşkilatların məqsədi qorxu və panika yaratmaqdır. Hər kəs bilsin ki, biz heç vaxt qorxu siyasətinə təslim olmayacağıq, millət olaraq diz çökməyəcəyik. Terrorizmə qarşı bu mübarizədə qalibiyyət millətimizindir" deyə danışdı.
  Terror hücumlarından sonra, ilk andan etibarən kimin dost, kimin düşmən olduğunu görmək istədiklərini bildirən Kurtulmuş  gələn dəstəklərin kifayət qədər olmadığını qeyd etdi və : "Bundan sonra dəstək  verən ölkələrdəki dostlarımızın terrora qarşı mübarizədə Türkiyə ilə səmimi və açıq tərəfdaşlığı davam etdirmələri lazımdır" dedi.
  Kurtulmuş PKK-nın Avropadakı fəaliyyətlərinin məhdudlaşdırılmasını görmək istədiklərini vurğuladı.
  PYD və YPG-nin  terror təşkilatları olduğunu, lakin onlara israrla Suriya və İraqda DEAŞ-a qarşı mübarizə aparan koalisiyanın tərkibində yer verildiyini xatırladan hökumət sözcüsü İstanbuldakı terror hücumunun PYD, YPG və PKK arasında fərq olmadığını bir daha ortaya qoyduğuna işarə etdi.
 Kurtulmuş:"Oralardan verilən silah-sursatın PKK-nın əlinə keçdiyi hər kəsə məlumdur" dedi.
 



Әlaqәli Xәbәrlәr