Fikri Işık: ‘‘Yunanıstan әlindәn gәlәn sәyi göstәrmәlidir’’
Milli Müdafiə naziri Fikri Işık Yunanıstan (FETÖ/PDY) üzvlәrinin Türkiyəyə ekstradisiyası ilə bağlı әlindәn gәlәn səyi göstərməlidir deyib.
624202
![Fikri Işık: ‘‘Yunanıstan әlindәn gәlәn sәyi göstәrmәlidir’’](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/6a72/4695/c571/584587028dd0e.jpg?time=1718352544)
Milli Müdafiə naziri Fikri Işık Yunanıstan (FETÖ/PDY) üzvlәrinin Türkiyəyə ekstradisiyası ilə bağlı әlindәn gәlәn səyi göstərməlidir deyib.
Fikri Işık FETÖ/PDY-nin iyulun 15-dә hәyata keçirdiyi uğursuz dövlәt çevrilişi cәhdindәn sonra ‘‘Skorski’’ tipli hәrbi helikopterlә Yunanıstana qaçan 8 əsgərdən 3-ü haqqında Türkiyənin ekstradisiya tələbinin Yunan məhkəməsi tərəfindən bu gün rədd edilməsi qərarı ilə bağlı verdiyi açıqlamada: ‘‘Yunanıstan NATO müttәfiqimizdir. Afina müttәfiqi ilә hәmrәy olduğunu göstәrmәlidir’’ deyib.
Qeyd edәk ki, sabah Afinadakı kassasiya məhkəməsində 5 әsgәr ilә bağlı məhkəmə prosesi keçiriləcək.