Fərat Qalxanı hərəkatının 88-ci günü

Suriyanın şimalının terrorçulardan təmizlənməsi məqsədilə Türkiyə Silahlı Qüvvələrinin (TSK) rəhbərliyilə 24 avqustda başlanan Fərat Qalxanı hərəkatında bir türk əsgər şəhid oldu.

614185
Fərat Qalxanı hərəkatının 88-ci günü

  Əməliyyat çərçivəsində 83 DAEŞ və 5 PYD/PKK hədəfi vurulub.

  Gün ərzində yaşanan qarşıdurmalarda müxalifətin Azad Suriya Ordusundan 8 adam ölüb.

  Fərat Qalxanı hərəkatının 88-ci günü axşam Bab bölgəsində DAEŞ terror təşkilatı tərəfindən türk birliklərinin olduğu bölgəyə bombalı hücum təşkil edilib. Hücumda yaralanan, biri ağır olmaqla üç əsgər Kilisin Elbeyli qəsəbəsinə gətirilib. Qaziantəpdən sövq edilən əsgərlərdən biri bütün tibbi müdaxilələrə baxmayaraq şəhid olub.

  Qeyd edək ki, bu günə qədər əməliyyat boyu 780 kvadrat kilometrlik sahədə nəzarət təmin edildi.



Әlaqәli Xәbәrlәr