Türkiyə-Çin Hökumətlərarası Əməkdaşlıq Komitəsinin iclası oldu

Ankarada Türkiyə ilə Çin Xalq Respublikası arasında nazir müavinləri səviyyəsində əməkdaşlıq komitəsinin  ilk iclası keçirildi.

603854
Türkiyə-Çin Hökumətlərarası Əməkdaşlıq Komitəsinin iclası oldu

Ankarada Türkiyə ilə Çin Xalq Respublikası arasında nazir müavinləri səviyyəsində əməkdaşlıq komitəsinin  ilk iclası keçirildi.
 
 Türkiyə baş nazirinin müavini Mehmet Şimşək iclasdan sonra Çin baş nazirinin müavini Wang Yang ilə birgə mətbuat konfransı keçirdi.
 
 Mehmet Şimşək iclasda iki ölkə münasibətlərinin geniş bir şəkildə müzakirə olunduğunu və siyasi münasibətlərin qarşılıqlı inam və fayda əsasında daha da inkişaf etdirilməsi barəsində razılıq əldə olunduğunu bildirdi.
 
 Çin ilə Türkiyə arasındakı təhlükəsizlik əməkdaşlığı sahəsində aparılan işlərə diqqət çəkən Şimşək Türkiyənin Çin əleyhinə heç bir fəaliyyətə icazə verməyəcəyi barədə öhdəlik götürdüyünü qeyd etdi.
 
Şimşək iki ölkənin ilk komitə iclasında mədəniyyətdən təhsilə, mülki aviasiyadan sərmayə yatırımına qədər bir sıra sahədə əməkdaşlıq imkanlarının geniş şəkildə müzakirə olunduğunu sözlərinə əlavə etdi.
 
İclasa Türkiyə Mərkəzi Bankının sədri Murad Çətinkaya, Xarici İşlər, İqtisadiyyat, Mədəniyyət və Turizm, Ədliyyə, Energetika və Təbii Sərvətlər, Daxili İşlər, Nəqliyyat, Dənizçilik və Kommunikasiya və Milli Müdafiə Nazirliklərinin yüksək vəzifəli əməkdaşları iştirak etdilər.
 
 Baş nazirin müavini Mehmet Şimşək Türkiyə ilə Çin arasında siyasətdən iqtisadiyyata qədər bir çox sahədə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaradılan "Hökumətlərarası Əməkdaşlıq Komitəsinin"  həmsədridir.



Әlaqәli Xәbәrlәr