ABŞ Dövlət Departamentinin rəsmisi: "Gülən haqqındakı iddialarda haqlılıq payı ola bilər"

Associated Press- ə adının gizli tutulması şərti ilə müsahibə verən nazirlik rəsmisi Fətullah Gülən haqqındakı ittihamlarla əlaqədar yetərli və ağlabatan əsaslar olduğunu vurğuladı.

601133
ABŞ Dövlət Departamentinin rəsmisi: "Gülən haqqındakı iddialarda haqlılıq payı ola bilər"

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi 15 iyulda çevrilişə cəhd edən Terror Təşkilatı (FETÖ) və başçısı Fətullah Gülən barədə: "Məsum dini hərəkətdən çox mütəşəkkil cinayətkar təşkilatların qara pul yumaq üçün pul gizlədən adamları kimi görünürlər. Gülən haqqındakı iddialarda haqlılıq payı ola bilər" ifadələrini işlətdi.
 
 Associated Press- ə adının gizli tutulması şərti ilə müsahibə verən səlahiyyətli Fətullah Gülən haqqındakı ittihamlarla əlaqədar yetərli və ağlabatan əsaslar olduğunu vurğuladı.
 
 Amerikalı səlahiyyətli  FETÖ-nün fond və təhsil müəssisələrinin   quruluşu və maliyyə mənbələrinin şübhəli olduğunu qeyd etdi.
 
 Sözügedən səlahiyyətli Türkiyənin dövlət çevrilişi cəhdinin arxasında FETÖ dəstəbaşı Fətullah Gülənin olduğuna dair Amerika orqanlarına göndərdiyi sənədlərin öyrənilməsinə davam edildiyini xatırlatdı.



Әlaqәli Xәbәrlәr