“Türkiyə Cümhuriyyəti min illik Səlcuqlu və Osmanlı irsinin nailiyyətidir”, R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 29 Oktyabr Respublika Bayramının 93-cü ildönümü münasibətilə xalqı təbrik edib, bu cür böyük dövlətin və qəhrəman millətin rəhbəri olduğu üçün şərəf duyduğunu dilə gətirib.

599274
“Türkiyə Cümhuriyyəti min illik Səlcuqlu və Osmanlı irsinin nailiyyətidir”, R.T.Ərdoğan

  Ərdoğan təbrik mesajında deyib: "Bu gün Qazi Mustafa Kamalın öndərliyilə elan edilən son dövlətimiz Türkiyə Cümhuriyyətinin 93-cü ildönümüdür. Türk milləti əsarət və köləliyə boyun əymədiyini göstərmək üçün gələcəyi üçün işğalçılara qarşı istiqlal müharibəsinə girdi, Qurtuluş Savaşı edib tarixdə bənzəri görünməyən bir qəhrəmanlıqla zəfər qazandı. Bu böyük zəfərdən sonra 29 oktyabr 1923-cü ildə "Hakimiyyət qeydsiz şərtsiz millətindir" prinsipi və ölkəni müasir mədəniyyətlər səviyyəsi üzərinə çıxarma hədəfiylə Türkiyə Cümhuriyyəti quruldu.

  Cümhuriyyətimizin yaranması 2200 illik dövlət ənənələriylə yaşadığımız coğrafiyadakı min illik Səlcuqlu və Osmanlı irsinin nailiyyətidir.

  Türkiyə Respublikası 93 ildir qarşısına çıxan çətinliklərin öhdəsindən gələrək yoluna davam etmiş, xüsusilə, son illər dünyanın böyük gücləri arasında yer almağı bacarmış bir dövlətdir. İnkişaf edən iqtisadiyyatı, demokratiyası, təməl insani dəyərlərə malik olması, sadə, amma görkəmli xarici siyasətiylə Türkiyə bölgə və dünyada bir ilham qaynağıdır.

  Bu millət 15 iyul tarixində də dastan yazdı və göstərdi ki, birliyimiz, bərabərliyimiz, qardaşlığımız, vətənimiz, istiqlalımız və gələcəyimizə qəsd edən heç bir hücum qələbə çala bilməz.

  Dünyanın harasında olursa olsun, bütün vətəndaşlarımızı və Türkiyənin dostlarını 29 Oktyabr Respublika Bayramının 93-cü ildönümü münasibətilə təbrik edirəm.

  Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, ölkənin Baş naziri Binəli Yıldırım və digər nazir və dövlət məmurları da 29 Oktyabr Respublika günü münasibətilə xalqı təbrik edib.



Әlaqәli Xәbәrlәr