PKK üzvü 26 terrorçu mәhv edildi

Türkiyәnin  Şırnak, Hakkari və Tunceli şәhәrlәrindә  həyata keçirilən əməliyyatlar nәticәsindә   PKK üzvü 26 terrorçu  mәhv edildi.

595477
PKK üzvü 26 terrorçu mәhv edildi

Türkiyәnin  Şırnak, Hakkari və Tunceli şәhәrlәrindә  həyata keçirilən əməliyyatlar nәticәsindә   PKK üzvü 26 terrorçu  mәhv edildi.

Türkiyә  Silahlı Qüvvətləri  Şırnakda  Düğün  Dağı ətrafında bir qrup terrorçunu tәsbit etdi.

Tәhlükәsizlik qüvvәlәri vә müvәqqәti kәnd mühafizәçilәrinin  havadan vә qurudan tәşkil etdiklәri hücum nәticәsindә 15 terrorçu mәhv edildi.

Hakkarinin  Çukurca qәsәbәsindә isә silahlı pilotsuz uçuş aparatı ilә həyata keçirilən  əməliyyatda  4 terrorçu, Tunceli Ovacık qәsәbәsindә  dә 7  terrorçu  zәrәrsizlәşdirildi.

Hәyata keçirilәn әmәliyyatlar çәrçivәsindә hәmçinin  bir bomba yüklü avtomobil  mәhv edildi.

Digәr tәrәfdәn Hakkaridә yol kәnarına partlayıcı yerlәşdirәn  terrorçu İstanbulda saxlanıldı.

 



Әlaqәli Xәbәrlәr