Ərdoğan Putinlə telefonda danışdı

İki lider Suriya və İraqdakı son proseslər və terrorla mübarizə barədə fikir mübadiləsi aparıb.

592393
Ərdoğan Putinlə telefonda danışdı

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonda danışıb. İki lider Suriya və İraqdakı son proseslər və terrorla mübarizə barədə fikir mübadiləsi aparıb.

  Putin Suriyada terror təşkilatı DAEŞ qarşısında əldə etdiyi müvəffəqiyyətlərə görə Türkiyənin üstünlüyünü qeyd edib.

  İki lider Hələbdə qarşıdurmaların dayandırılması və şəhərə humanitar yardımların çatdırılması məsələsi barədə də danışıb.

  Ərdoğan və Putin Türkiyə-Rusiya arasında, başda ticarət, iqtisadiyyat və enerji olmaqla, əməkdaşlığı hər sahədə inkişaf etdirmək üçün səyləri artıracaqlarını bildiriblər.

  Telefon danışığında Ukrayna ilə bağlı Berlində bu gün ediləcək Normandiya Dördlüyü (Rusiya, Ukrayna, Fransa və Almaniya) toplantısına da toxunulub.



Әlaqәli Xәbәrlәr