"Mən sizin yerinizdə olsam..." M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının Strasburqda təşkil edilən payız iclasında Baş Assambleyaya xitab etdi.

588733
"Mən sizin yerinizdə olsam..." M.Çavuşoğlu

  Çavuşoğlu avropalı nümayəndələrə Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra yaşanan prosesləri anlatdı. Xarici İşlər naziri terror təşkilatlarına qarşı ortaq rəftar nümayiş etdirməklə bağlı çağırışını təkrar etdi.
  Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Şurasında ikitərəfli görüşlərdən sonra Parlament Assambleyasında məclisə xitab etdi. Çavuşoğlu FETÖ-nün çevriliş cəhdilə bağlı dəyərləndimələr apardı və dedi: "Millətimizin varlığını, dövlətimizin əbədiliyini və ortaq dəyərlərimizi hədəfə alan bu böyük təhdidi aradan qaldırmaq üçün konstitusiyamıza əsasən Fövqəladə Vəziyyət elan etdik.”
  Çavuşoğlu terror təşkilatlarına qarşı ayrı-seçkilik etmədən bir siyasi xətt yürüdülməsinin əhəmiyyətinə işarə edərək dedi: "Təhlükəsizliyimizi, stabilliyimizi və ortaq dəyərlərimizi hədəfə alan terror və terrorçuların öhdəsindən gəlmək üçün arasında “yaxşı” və ya “pis” deyə ayrı-seçkilik etmədən həmişə birlikdə mübarizə aparmaq lazımdır."
  Daha sonra sualları cavablandıran Türkiyə Xarici İşlər naziri FETÖ-yə qarşı mübarizənin hüquq çərçivəsində aparıldığını vurğuladı. Türkiyədəki demokratik prosesləri tənqid atəşinə tutan danimarkalı millət vəkili Maykl Yensenə Çavuşoğlunun cavabı sərt oldu, "Mən sizin yerinizdə olsam, qiyamçıların, terrorçuların deyil, Türkiyə xalqının, Türkiyə Böyük Millət Məclisinin və buradakı yoldaşlarımızın yanında olmağı seçərəm", - dedi.


 



Әlaqәli Xәbәrlәr