B.Yıldırım:‘‘Terrorçular vә onlara dәstәk verәnlәr bu әrazilәrdәn tamamilә çıxarılacaqlar’’

Baş nazir Binalı Yıldırım  Konstitusiyaya prezidentlik üsul idarәsi ilә bağlı maddә  təklifini tezliklə Türkiyə Böyük Millət Məclisinə tәqdim edәcәklәrini bildirdi.

588170

Ədalət və İnkişaf (AKP) Partiyasının şәhәr şöbәlәrinin sәdrlәrinin  iclasında çıxış edәn Binәli Yıldırım  Türkiyənin faktiki vəziyyətini hüquqi vəziyyətә çevirmәk  məcburiyyətində olduğunu qeyd edәrәk: ‘‘Güçlü siyasi iradәni tәşkil edәcәk, sabitliyi daimi hala gәtirәcәk sistem dәyişikliyi Türkiyәnin әvәzolunmaz ehtiyacıdır. Bu günәdәk anlaşılan 60-cı maddә başda olmaqla digәr әksik qalan maddәlәri dә Әdalәt vә İnkişaf Partiyasının üzvlәrindәn ibarәt olan qrup hazırlayacaq vә Mәclisә tәqdim edәcәk’’ deyә qeyd etdi.

Çıxışı zamanı terrorla mübarizәnin qәtiyyәtlә davam etdiyini qeyd edәn Baş nazir: ‘‘Terrorçular vә onlara dәstәk verәnlәr  bu әrazilәrdәn tamamilә çıxarılacaqlar’’ deyә vurğuladı.

Әlaqәli Xәbәrlәr