Ərdoğan: "Türkiyəyə sərmayə qoyan heç vaxt peşman olmayıb, olmayacaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 23-cü Ümumdünya Energetika Konqresində çıxış etdi.

586661
Ərdoğan: "Türkiyəyə sərmayə qoyan heç vaxt peşman olmayıb, olmayacaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dünya liderlərinə müraciət edərək: "Gəlin Suriya və İraqda sülh üçün əl-ələ verək" dedi.
 
 Ərdoğan:" Bir halda ki, terror qlobal bir problemdir, digər dövlətlərdən də dəstək gözləmək təbiidir. Ölkəmizdəki terrora necə etiraz ediriksə, Suriya və İraqda da bunu etməyimiz bir zərurətdir. Biz bütün bunlarla bərabər dünyanın enerji birliyi üçün də mübarizə aparırıq" ifadələrini işlətdi.
 
 Ərdoğan İstanbulda keçirilən 23-cü Ümumdünya Energetika Konqresində çıxış etdi.

 Türkiyənin dövlət başçısı: "Türkiyədə enerjinin hər sahəsində ciddi sərmayə potensialı mövcuddur. Türkiyəyə arxalanan, ölkəmizə sərmayə qoyan heç vaxt peşman olmayıb, bundan sonra da peşman olmayacaq" dedi.
 
Ərdoğan 3. Atom Elektrik Stansiyası layihəsi barədə: " Hədəfimiz enerji ehtiyacımızın 10%-ni  nüvə enerjisi ilə təmin etməkdir"  dedi.
 
 "Türk axını" layihəsi ilə bağlı işlərin davam etdiyini də qeyd edən Ərdoğan: " Azərbaycan nefti olmaqla, əvvəl Bakı-Tiflis-Ceyhan Neft Kəmərini həyata keçirdik. İndi TANAP-ı inşa edirik. Azərbaycan qazı Avropaya bu xətt vasitəsilə nəql olunacaq. "Türk Axını" layihəsi ilə bağlı  işlərimiz davam edir. Bu layihə Avropadakı proseslərə paralel olaraq inkişaf etdiriləcəkdir. Görülən işlər bu layihə üçün ən uyğun yolunTürkiyə olduğunu göstərir" dedi.



Әlaqәli Xәbәrlәr