İtaliya Xarici İşlər naziri Paolo Qentiloni Türkiyǝdǝ rǝsmi sǝfǝrdǝdir

Qonaq Ankaraya sǝfǝri çǝrçivǝsindǝ hǝmkarı Mövlud Çavuşoğlu  ilǝ bir araya gǝlib və iki hǝmkar tǝkbǝtǝk vǝ heyǝtlǝrarası danışıqlardan sonra birgə mətbuat konfransında çıxış ediblər.

584658
İtaliya Xarici İşlər naziri Paolo Qentiloni Türkiyǝdǝ rǝsmi sǝfǝrdǝdir

  Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin İraq ǝrazilǝrindǝ yerlǝşǝn Başika düşǝrgǝsindǝki hǝrfi varlığına dair açıqlamalara toxunaraq: “Biz burada  ciddi problem görmürük və bu mǝsǝlinin dǝ öhdǝsindǝn gǝlǝciyimizǝ inanırıq. Bunun üçün İraq, daxili siyasi tǝşvişlǝrdǝn xilas olmalı vǝ veto qǝrarından daşınmalı, mövzu ilǝ bağlı edilǝsi ǝmǝkdaşlıq imkanlarını müzakirǝ etmǝlidir. Türkiyə bölgənin gerçǝklǝrini bilǝn ölkə olaraq, Suriya böhranının nələrə gətirib çıxaracağını ilk gündǝn bǝri gözdǝn yayındırmadı. Buna görǝ dǝ mövcud vǝziyyǝt o günkü fikirlǝrimizin nə qədər doğru olduğunu, haqlı olduğumuzu daha bir dǝfǝ göz önünǝ sǝrir” deyǝ vurğulayıb.

Liviyadakı vəziyyətin Türkiyə və İtaliyanı yaxından maraqlandırdığını xatırladan Nazir Çavuşoğlu, başda terror təşkilatı DEAŞ-a qarşı mübarizǝ olmaqla hər mövzuda Liviya hökumətinǝ dǝstǝk vermǝkdǝ davam edǝcǝklǝrini qeyd edib.

İtaliya Xarici işlǝr naziri Gentiloni dǝ, səfərinin İtaliya üçün Fǝtullahçi Terror Təşkilatı (fǝto)-nun uğursuzluqla nǝticǝlǝnǝn 15 İyu çevriliş cəhdindən sonra Türkiyəyə verdikləri dəstək mesajlarını üz-üzǝ çatdırmaq üçün imkan doğurduğunu ifadǝ edǝrǝk : “Avropa ölkələrindən Türkiyəni ziyarət edǝn bəzi həmkarlarımı dinləmə imkanım oldu. Onlar, Türkiyənin yaşadığı hadisǝnin nǝ qǝdǝr böyük tǝhdid olduğunu Türkiyəni ziyarət etdikdən sonra daha yaxşı idrak etdiklǝrini sǝslǝndirdilǝr. İtaliyyanın Türkiyǝ vǝ Türk hökumǝtinǝ güçlü dǝstǝyi davam edir. Bu ziyarətimlǝ Türkiyəyə güvən mesajı vermək istǝdik” deyǝ İtaliya Xarici işlǝr naziri deyib.

Suriya böhranına də toxunan qonaq nazir “Rusiya və Əsəd rejiminə belə davam etmǝnin mümkün olmadığı mesajını çatdırmalıyıq. Hǝlǝbin şərqində son 15 gündə cǝrǝyan edǝn hadisǝlǝrǝ biganǝ qalmaq olmaz. Bunu bütün tǝrǝflǝr idrak etmǝlidir ki, 300 min ǝhaliyǝ sahib bir şəhər viran edilǝrǝk heç nǝ ǝldǝ etmǝk olmaz. 18 martda Türkiyə ilǝ Avropa İttifaqı arasında Suriyalı immiqrantlar mövzusunda imzalanan müqavilǝnin yalnız Egey və Balkan ilǝ ǝlaqǝli olduğunu düşünǝnlǝr var. Lakin razılaşmanın bütün Aralıq dənizi ilə əlaqəli mövzu olduğunu hǝr kǝs bilmǝlidir” deyǝ qeyd edib.

İtalyan xarici işlər naziri daha sonra prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Prezident administrasiyasında qapalı qapılar arxasında baş tutan qǝbul 45 dǝqiqǝ davam edib.

 



Әlaqәli Xәbәrlәr