Türkiyə helikopter və tank mühərriki istehsal edən 8 ölkədən biri olacaq

Türkiyənin Anka Texnologiya Universiteti inqilabi bir müqaviləyə imza atdı.

584324
Türkiyə helikopter və tank mühərriki istehsal edən 8 ölkədən biri olacaq

 İstanbulda Türkiyənin ilk özəl texnologiya universiteti olan Anka Texnologiya Universiteti ilə 131 illik mühəndislik və akademik məlumat təcrübəsinə sahib, tank mühərriki və transmissiya sistemləri məsələsində ən təcrübəli universitetlərindən biri olan Ukrayna Xarkov Texniki Universiteti arasında ortaqlıq və əməkdaşlıq müqaviləsi imzalandı.
 
Müqaviləyə görə, "Milli Tank və Helikopter Mühərriklərinin Layihələndirilməsi" prosesi tamamlanacaq.
 
 Birgə iş sayəsində Türkiyə milli tank və milli helikopter mühərrikini istehsal edən 8-ci ölkə olacaq.
 
 Anka Texnologiya Universitetinin Qəyyumlar Şurasının sədri Dr. Mehmet Hakan Sağlam bunun Türkiyə üçün inqilabi bir müqavilə olduğunu söylədi.
 
Hakan Sağlam  milli tank mühərriki sistemlərinin Türkiyənin bu məsələdə xaricdən asılılığına son qoyacağını və ölkəni strateji baxımdan yüksək səviyyələrə çıxaracağını bildirdi.



Әlaqәli Xәbәrlәr