Ərdoğanın sosial media rekordu

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyası iclasında etdiyi çıxışında  sǝslǝndirdiyi diqqǝt çǝkǝn cümlǝlǝrin ǝks etdiyi 4 dildəki "tweet"i milyonlarla izlǝyici oxuyub.

575729
Ərdoğanın sosial media rekordu

  Ərdoğan Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində təşkil edilən 71-ci BMT Baş Assambleyada etdiyi çıxışında ‘Dünya 5-dən böyükdür’ sözünü bir daha təkrar edib, Suriyadakı vəziyyət və qaçqınlarla bağlı dünyaya mesajlar verib.

  Ərdoğanın sǝslǝndirdiyi sözlǝr sosial mediada böyük əks-səda yaradıb. Milyonlarla sosial media istifadǝçisi “Məzlumların səsi Ərdoğan” etiketiylə Ərdoğana olan dəstəklərini bildirib.

  R.T.Ərdoğanın sosial media hesablarından məsul olan İsmayıl Cesurun verdiyi məlumata görə, Ərdoğanın Türkiyə türkcəsi, ingilis, fransız və ərəb dillǝrindǝ verdiyi "tweet-mesaj" 13 milyon 360 min dəfə izlǝnilib. Təkcə türk dilindǝ atılan 12 "tweet" 4 milyon 780 min dəfə oxunub. 



Әlaqәli Xәbәrlәr