Ərdoğan New Yorkda dünya liderləri ilə bir araya gəldi

Görüşllər mətbuata qapalı keçirildi.

574001
Ərdoğan New Yorkda dünya liderləri ilə bir araya gəldi

New Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 71-ci sessiyasında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dünya lideri ilə bir araya gəldi.

 Ərdoğan Baş Assambleyada çıxışından əvvəl İngiltərənin baş naziri Theresa Mayi qəbul etdi.
 
 Görüş BMT-nin Qərargahında təxminən 1 saat davam etdi.
 
 Türkiyə prezidenti sonra Pakistanın baş naziri Navaz Şərifi qəbul etdi.
 
 Görüşdə qlobal məsələlər müzakirə olundu.
 
 Prezident Ərdoğan danışıqları çərçivəsində İran prezidenti Həsən Ruhani və Ukraynanın dövlət başçıdı Pyotr Poroşenko ilə də ayrı-ayrılıqda bir araya gəldi.
 
Görüşllər mətbuata qapalı keçirildi.
 
 Türkiyə prezidenti Amerika Birləşmiş Ştatlarının prezidenti Barack Obama və xanımı tərəfindən verilən liderlərin rəsmi ziyafətində da iştirak etdi.



Әlaqәli Xәbәrlәr