PKK terrorçularının hücumu nəticəsində 7 mühafizəçi və 1 çavuş şəhid oldu

PKK terrorçuları Türkiyənin Ağrı Doğubayazıt və Van Çaldıran sərhədləri arasındakı Tendürək Dağının Gökçəbulak kəndi mövqeyindəki mühafizə məntəqələrinə hücum etdilər.

571291
PKK terrorçularının hücumu nəticəsində 7 mühafizəçi və 1 çavuş şəhid oldu

Türkiyənin Ağrı Doğubayazıt və Van Çaldıran sərhədləri arasındakı Tendürək Dağının Gökçəbulak kəndi mövqeyindəki mühafizə məntəqələrinə PKK terrorçularının təşkil etdiyi hücumdan sonra baş verən qarşıdurmada 7 mühafizəçi və bir  çavuş şəhid oldu, 4 əsgər və 2 vətəndaş yaralandı.
 
 Qarşıdurmadan sonra təsbit edilən hədəflər artilleriya atəşinə tutuldu.
 
 Havadan dəstək alan əməliyyata başlanıldı.
 
 Yaralılar Doğubayazıt Dövlət Xəstəxanasında müalicə olunurlar.



Әlaqәli Xәbәrlәr