"Hələ bu həqiqəti öyrənməyibsə, ona da səbirlə öyrədərik, B.Bozdağ

Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ ölkədə qanunvericilik və icraatda, vəzifə və səlahiyyətləri idarəetmədə heç bir ölkənin müdaxiləsinə icazə verilməyəcəyini söyləyib

570117
"Hələ bu həqiqəti öyrənməyibsə, ona da səbirlə öyrədərik, B.Bozdağ

  “Amerika Birləşmiş Ştatlarının Türkiyə üzrə səfiri Con Bass hələ bu həqiqəti öyrənməyibsə, ona da səbirlə öyrədərik. Necə olsa, baş müəllimimiz dünyanın ən yaxşı müəllimidir" deyən Bozdağ sosial paylaşma saytı “Twitter”dəki hesabından etdiyi şərhdə Türkiyənin tam müstəqil, tam suveren, güclü və böyük bir dövlət olduğunu vurğulayıb.

  Türkiyənin Ədliyyə naziri bunu da deyib ki, “Türkiyənin qanunlarını heç bir ölkədən və ya gücdən icazə və ya təsdiq almadan xalqın azad iradəsilə seçdiyi Türkiyə Böyük Millət Məclisi (TBMM) üzvləriylə idarə edirik. Türkiyədə qanunların tətbiqi və ölkənin rəhbərliyinin səlahiyyət və vəzifəsini isə xalqın azad iradəsi ilə seçilmiş rəhbər icra edir”.



Әlaqәli Xәbәrlәr