“YPG ilə əlaqəli olaraq ABŞ ilə razılıq əldə olunmadı”,İ.Kalın

Dövlət başçısının sözcüsü İbrahim Kalın terror təşkilatı PKK-nın Suriyadakı davamı YPG barədə ABŞ ilə razılıq əldə olunmadığını söyləyib.

566472
“YPG ilə əlaqəli olaraq ABŞ ilə razılıq əldə olunmadı”,İ.Kalın

Dövlət başçısının sözcüsü İbrahim Kalın terror təşkilatı PKK-nın Suriyadakı davamı YPG barədə ABŞ ilə razılıq əldə olunmadığını söyləyib.

Kalın özəl televiziya kanallarından birində suallara cavab verərək deyib ki, YPG mövzusunda amerikalı rəsmilərlə razılaşma əldə edilmədi. Mənbiçdən bütün YPG ünsürlərinin təmizlənməsi ilə bağlı səylərimiz davam edir. ABŞ YPG-nin Fərat çayının şərqinə keçdiyini söyləyir. YPG-nin çəkildiyini bizim mənbələrimiz də təsdiqləməlidir. YPG ünsürləri Fəratın  qərbinə keçsə bizim üçün qanuni hədəf olar.

İbrahim Kalın sözlərinə davamla deyib ki, YPG və PYD PKK-nın davamıdır. Bir terror təşkilatını başqa terror təşkilatı ilə ortadan qaldıra bilməzsiniz. Biz Suriyanın ərazi bütövlüyünü mühafizə edəcək şəkildə DEAŞ ilə mübarizə aparılmasını istəyirik.

“Fərat qalxanı” əməliyyatı və Suriyada yaşanan prosesə də toxunan İbrahim Kalın vurğulayıb ki, Dövlət başçısı Ərdoğanın G20 sammitində Obama və Putin ilə Hələb mövzusunda təkbətək görüşləri oldu.

İbrahim Kalın Hələbdə atəşkəsin nə vaxt başlayacağına dair suala isə cavab verərək deyib ki, nəticədə əldə ediləcək atəşkəs sazişini gözləyirik. Bayramdan əvvəl atəşkəsin qəbul edilməsinə ümid edirik.

“Fərat qalxanı əməliyyatının uğurlu şəkildə davam etdiyini və DEAŞ quldurlarının Türkiyə sərhədindən təmizləndiyini qeyd edən İbrahim Kalın onu da deyib ki,  əməliyyatı Rusiya prezidenti Putin də dəstəkləyir.

Çin Xalq Cümhuriyyətində keçirilən G20 sammitinə də toxunan İbrahim Kalın vurğulayıb ki, terrorla mübarizədə qaçqın məsələsi önə çəkilən mövzulardan biri oldu. Dövlət başçımız və digər liderlər bu məsələni ətraflı şəkildə müzakirə etdilər.

Dövlət başçısı Ərdoğanın ikitərəfli görüşlərdə 15 iyul çevriliş cəhdini və FETÖ-nü şərh etdiyini bildirən Kalın görüşlərin səmərəli keçdiyini bildirib.

Kalın Avropa İttifaqına viza rejiminin ləğvinin ilin axırına təxirə salındığına dair iddialar barədə isə deyib ki, bununla bağlı belə bir tarix gündəmdə yoxdur. Qərarın yaxın zamanda həyata keçirilməsi barədə prosesə sürət qazandırılması vurğulandı. Vizanın ləğvi və Geri qəbul sazişi eyni vaxtda tətbiq edilməlidir. Fransa, Almaniya, İtaliya ilə Dövlət başçısı Ərdoğanın görüşləri oldu.



Әlaqәli Xәbәrlәr