İki tankın hədəf götürüldüyü hücum nəticəsində 3 əsgər şəhid olub

Türkiyə Silahlı Qüvvələrinə məxsus iki tankın hədəf götürüldüyü hücum nəticəsində 3 əsgər şəhid olub.

566615
İki tankın hədəf götürüldüyü hücum nəticəsində 3 əsgər şəhid olub

Türkiyə Silahlı Qüvvələrinə məxsus iki tankın hədəf götürüldüyü hücum nəticəsində 3 əsgər şəhid olub.

Suriyanın şimalının terrordan təmizlənməsi məqsədilə başladılan “Fərat qalxanı” əməliyyatının 14-cü günündə Vukuf bölgəsindəki toqquşmalarda DAEŞ ünsürləri tərəfindən idarəolunan raketlərlə Türkiyə Silahlı Qüvvələrinə məxsus iki tankın hədəf götürüldüyü hücum nəticəsində 3 əsgər şəhid olub, 4 əsgər yaralanıb.

Əməliyyat bölgəsində terrorçulara məxsus olduğu müəyyən edilən və yerləri aşkarlanan 50 hədəf Türkiyə Silahlı Qüvvələrinə aid “Fırtına” haubitsaları ilə 225 dəfə atəş edilərək vurulub.

Əməliyyatın başladığı gündən bəridir cəmi 443 hədəfə min 924 dəfə atəş açılıb.

Koalisiya qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) tərəfindən Vukuf və Sadvi kəndləri də ötən gün ələ keçirilib.



Әlaqәli Xәbәrlәr