“Ölkələri xəbərdar və həssas olmağa dəvət edirəm”, R.T.Ərdoğan

Türkiyə dövlət başçısı XI G-20 Zirvə Toplantısı üçün Çin Xalq Respublikasından ayrılmadan əvvəl təşkil edilən mətbuat konfransında çıxış edib.

565956
“Ölkələri xəbərdar və həssas olmağa dəvət edirəm”, R.T.Ərdoğan
cumhurbaşkanı yurda döndü1.jpg

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Çinin Hanqcou şəhərində G-20 Liderlər Sammiti çərçivəsində görüşlərini tamamlayaraq vətənə dönüb.

  Ankara Esenboğa hava limanında Ərdoğan, həyat yoldaşı Əminə xanım, Baş nazir yardımçısı Mehmet Şimşek, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybekci, Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak və MİT məsləhətçisi Hakan Fidanı ölkənin Daxili İşlər naziri Süleyman Soylu, Ankara valisi Mehmet Kılıçlar, Ankara Təhlükəsizlik İdarəsi müdiri Mahmud Karaaslan və digər səlahiyyətlilər qarşılayıb.

  Türkiyə dövlət başçısı XI G-20 Zirvə Toplantısı üçün Çin Xalq Respublikasından ayrılmadan əvvəl təşkil edilən mətbuat konfransında çıxış edib.

  Suriyada neytral bir bölgə yaradılması variantını bir neçə dəfə təklif etdiyini, heç bir ölkənin bu mövzuda konkret bir addım atmadığını, əksinə, Suriya böhranının daha dəhşətli bir vəziyyətə gəldiyini deyən Ərdoğan mühacir problemilə bağlı heç bir ölkənin imtahandan yaxşı çıxmadığını, amma 3 milyon suriyalı və iraqlını Türkiyənin saxladığını, dövlət və qeyri-hökumət təşkilatları ilə birlikdə 25 milyard dollardan artıq xərcləndiyini vurğulayıb.

  Terrorizmin isə yeni formalara bürünərək bütün dünyanı təhdid etdiyini bildirən Ərdoğan Türkiyədə 15 iyulda yaşanan çevriliş cəhdinin Türkiyə Silahlı Qüvvələrinin içinə sızmış bir qrup tərəfindən törədildiyini və FETÖ-çülərin də terrorun yeni bir forması olduğunu söyləyib.

  O gecə televiziya kanallarından səslənərək meydanlara çağırdığı xalqın terrorçuların əlindəki F-16 və tanklardan qorxmayaraq müdafiəyə qalxdıqlarını bildirən dövlət başçısı bunun adının demokratiya mübarizəsi olduğunu deyib.

  Ərdoğan daha sonra belə davam edib:

  “Fətullahçı Terror Təşkilatı FETÖ 170 ölkədə hələ də təsir qüvvəsinə malikdir. Bütün bu ölkələri xəbərdar və həssas olmağa dəvət edirəm. Oxşar fəlakət sizin də başınıza gələ bilər.

  DAEŞ, PKK, PYD, YPG-ni bir-birindən ayırmamaq lazım olduğunu dərk etmək lazımdır.

  Terrorçunun yaxşısı-pisi olmaz. Bunlar arasında ayrı-seçkilik edilsə, bumeranq kimi dönər, o ölkəni vurar.

  Bu təşkilatlarla mübarizədə Türkiyə qərarlıdır. Suriyada 24 avqustdan başlayan Fərat Qalxanı hərəkatının da hədəfi məhz budur. Suriyanın ərazi bütövlüyülə bağlı isə söz ola bilməz.

  XI G-20 Zirvə Toplantısı mövzularına da toxunan Rəcəb Tayyib Ərdoğan qlobal iqtisadi inkişaf prosesində Türkiyənin rolu və bundan sonra artırılmaısnın əhəmiyyətinə toxunub, bu sahədə durğunluğun qarşısının açılmasının şərt olduğunu söyləyib.

  Sammit boyu 3-4-5 sentyabr tarixlərində etdiyi ikitərəfli və heyətlərarası görüşləri də xatırladan Ərdoğan bunların hamısının müsbət abu-havada keçdiyini bildirib.

  Ərdoğan G-20 Sammitində üzv ölkələrin liderlərinə Türkiyə türkcəsi və ingilis dilində hazırlanan 360 səhifəlik məlumat və fotoşəkillərlə zəngin G-20 Antalya Zirvə Toplantısı kitabını hədiyyə verib, FETÖ/PDY və onların törətdiyi 15 iyul çevriliş cəhdi haqqında məlumat broşürünü təqdim edib.



Әlaqәli Xәbәrlәr