Qaziantepdə DEAŞ bombaçısı yaxalandı

Türkiyədə və Qaziantepdə sensasiyalı terror törətməyə hazırlaşan Talha Günəş, Abdulmubtalip Dəmir və xanımı Qamze Dəmir yaxalandılar.

563464
Qaziantepdə DEAŞ bombaçısı yaxalandı

Türkiyənin Qaziantep şəhərində terror təşkilatı DEAŞ-a qarşı əməliyyatda terror aksiyası törətməyə hazırlaşan 2 nəfər və təşkilatın "kimyaçısı və bombaçısı" kimi tanınan şübhəli yaxalandı.

Təşkilatın "kimyaçısı və bombaçısı" olaraq bilənən Talha Günəşin şəhərin Şehitkamil qəsəbəsi İncilikaya Məhəlləsində olduğunun müəyyənləşməsindən sonra Qaziantep Şəhər Polis İdarəsinin Xüsusi Təyinatlı və Terrorla Mübarizə Şöbəsinin qrupları əməliyyat keçirdilər.
 
 Türkiyədə və Qaziantepdə sensasiyalı terror törətməyə hazırlaşan Talha Günəş, Abdulmubtalip Dəmir və xanımı Qamze Dəmir yaxalandılar. Şübhəlilər, məhkəməyə çıxarılaraq həbs olundular.
 
 Şübhəlilərin evlərində aparılan axtarışda 20 kiloqram TNT tipli  partlayıcı, canlı bomba jileti, 3 əl bombası və 1 tapança ələ keçirildi.
 
 
 
 Trt-/aa/gedik



Әlaqәli Xәbәrlәr