Çavuşoğlu  prezident  Akıncının  qǝbulunda olub

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Türkiyənin, Kıbrıs mövzusunun hǝlli ilǝ bağlı atılan addımlara güçlü dǝstǝyinin  davam  etdiyini bildirib.

562989
Çavuşoğlu  prezident  Akıncının  qǝbulunda olub

Xarici işlǝr naziri Çavuşoğlu Şimali Kıbrıs Türk Respublikasına etdiyi rǝsmi sǝfǝr çǝrçivǝsindǝ prezident Mustafa Akıncı tərəfindən qəbul edildikdǝn sonra iki ölkǝ nümayǝndǝ heyǝtlǝri arasında görüş olub. Nazirin prezident Akıncı tǝrǝfindǝn qǝbulu vǝ heyǝtlǝr arası danışıqlardan sonra birgǝ mǝtbuat konfransı tǝşkil edilib.

Xarici işlər naziri Çavuşoğlu Kıbrıs mövzusu ilǝ bağlı davam edǝn müzakirǝlǝrǝ toxunaraq Türkiyǝnin mǝsǝlǝnin hǝllinǝ lazımlı dǝstǝyi vermǝkdǝ davam edǝcǝyini, edilǝn danışıqlardan illǝr uzunu gözlǝnilǝn nǝticǝnin hasil olmasını arzuladığını bildirib.

Şimali Kıbrıs Türk Respublikası prezidenti Mustafa Akıncı da müzakirə prosesinin davam etdiyini ifadə edərək, cari ilin sonuna dǝk mǝsǝlǝnin hǝllini planladıqlarını qeyd edib. Türkiyənin, mǝsǝlǝnin həlli ilǝ bağlı edilǝn sǝylǝrǝ vǝ atılan addımlara dǝstǝyini, Şimali Kıbrıs Türk Respublikası olaraq yüksǝk qiymǝtlǝndirdiklǝrini vurğulayıb.

Çavuşoğlu, Şimali Kıbrıs Türk Cümhuriyyǝtinǝ sǝfǝri çərçivəsində, ölkǝ Baş nazir Hüseyn Özgürgün ilǝ dǝ bir araya gǝlib.

Nazir Çavuşoğlu görüş zamanı, Baş nazir Özgürgünün İstanbul Yenikapıda tǝşkil edilǝn Demokratiya və Şəhidlər Mitinqinǝ qatıldığını xatırladaraq: “Türk demokratiyası və Türk xalqına verdiyiniz dəstək, göstərdiyiniz həmrəylik, Türkiyədǝ sevinclǝ qarşılandı. Şimali Kıbrıs Türk Respublikası hökümǝtinin Fetullahci Terror Təşkilatı Paralel Dövlət İdarǝçiliyi (feto / PDY) ilə mübarizədə atdığı addımları yüksǝk qiymǝtlǝndiririk. Türkiyǝ ŞKTR hökumətinin atdığı bütün uğurlu addımları yaxından izlǝyir vǝ lazımlı dǝstǝyi vermǝkdǝ sǝy edir”.

Müzakirə prosesinin sürǝtlǝndiyi bir dövrdǝ, Baş nazir Özgürgün, Xarici işlər naziri Tahsin Ertuğruloğlu və prezident Mustafa Akıncı ilə prosesi tǝhlil imkanını ǝldǝ etdiyini ifadǝ edǝn nazir Çavuşoğlu, Türkiyənin adil vǝ daimi həll yolu tapılması uğrunda ǝlindǝn gǝlǝn sǝyi etmǝkdǝ davam edǝcǝyini vurğulayıb.

Şimali Kıbrıs Türk Respublikası Baş naziri Hüseyn Özgürgün dǝ ‘fǝto’-nu terror təşkilatı siyahısına ǝlavǝ etdiklǝrini, doğma vǝtǝn Türkiyǝ ilǝ ǝlaqǝli heç bir mǝnfi hadisǝyǝ biganǝ qalmıyacaqlarını ifadǝ edǝrǝk: Türkiyǝnin gücü bizim gücümüzdür. Kıbrıs probleminin hǝlli mövzusunda Türkiyǝ ilǝ yaxın vǝ güçlü ǝmǝkdaşlığımız davam edir” deyǝ vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr