“ABŞ PYD mövzusunda verdiyi sözǝ sadiq qalmalıdır”, B.Yıldırım

Fǝrat Qalxanı əməliyyatı terrorist ünsürlərin təhdidləri sona çatana qədər davam edəcək

562564
“ABŞ PYD mövzusunda verdiyi sözǝ sadiq qalmalıdır”, B.Yıldırım

  Türkiyǝterror təşkilatı PYD-nin Fǝrat Çayının şərqinə çəkilməsi şərtindǝn güzǝştǝ getmiyǝcǝk. Bunu Baş nazir Binəli Yıldırım bildirib.

  Baş nazir Yıldırım Ankara Keçiören Metrosunun sınaq sürüşlǝrinin başlaması münasibǝtiylǝ tǝşkiyl edilǝn mǝrasimdǝ etdiyi çıxışında terror ünsürləri zǝrǝrsizlǝşdirilǝnǝ dǝk mübarizənin davam edǝcǝyini qeyd edib.

 Keçiören Metrosu tamamlanıb vǝ istifadǝyǝ verildiyindǝ Ankarada relsli sistemin 64 kilometrə çatacağını ifadǝ edǝn Baş nazir çıxışından sonra jurnalistlərin Fǝrat Qalxanı əməliyyatına dair suallarına cavabǝn: “Terror ünsürləri tamamilə mǝhv edilǝnǝ, sǝrhǝdlǝrimizǝ, ǝrazilǝrimizǝ və vətəndaşlarımıza istiqamətli təhdidlər bitənə qədər mübarizǝmiz davam edǝcǝk. PKK-nın Suriyadakı qruplaşması PYD / YPG Suriyada mütləq Fǝrat Çayının şərqinə, yǝni gǝldiklǝri bölgǝyǝ qayıdacaqlar. ABŞ da bu mövzuda verdiyi sözǝ sadiq qalmalıdır” deyǝ Binali Yıldırım vurğulayıb.



Әlaqәli Xәbәrlәr