ABŞ Türkiyə və FETÖ arasında seçim etməyə ehtiyac görmür

Bu barədə ABŞ Dövlət katibinin sözçüsü Elizabet Trudeau ənənəvi mətbuat konfransın bildirib.

550314
ABŞ Türkiyə və FETÖ arasında seçim etməyə ehtiyac görmür

Bu barədə ABŞ Dövlət katibinin sözçüsü Elizabet Trudeau ənənəvi mətbuat konfransın bildirib. O xatırladıb ki, ekstradisiyaya dair iki ölkə arasında razılaşma var və FETÖ başçısı Fətullah Gülənin qaytarılmasında ABŞ həmin müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirəcək.

Tükiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iqamətgahı qarşısında demokratiya keşiyi çəkən vətəndaşlara “gec-tez Amerika Birləşmiş Ştatları seçim edəcək. Ya Türkiyə, ya da FETÖ” xitabını xatırladan Elizabet Trudeau buna dair açıqlama verə bilməyəcəyini, lakin “FETÖ ya da Türkiyə” seçiminin doğru olmadığını ifadə edib.

ABŞ Dövlət katibinin sözçüsü bununla bağlı sualı belə cavablandırıb: “Türkiyə və ya FETÖ arasında seçim etməyimizə lüzum yoxdur. Ekstradisiya haqqında qanun qətidir. Müqavilədə də deyildiyi kimi Türkiyəyə dəstəyimiz və əməkdaşlığımız mübahisə məsələsi deyil.”

Ekstradisiya prosesinin aydın, hər hansı bir təsirin yolverilməz olduğunu vurğulayan Trudeau xatırladıb ki, bununla bağlı bəzi sənədlər alınıb. Araşdırmalar Türkiyə ilə dostluq münasibətlərimiz və danışıqlar yolu ilə davam edir. Lakin bu hüquqi çərçivədədir və qanuni şəkildə aparılır.

Qaytarılma prosesinin nə vaxta baş tutacağına dair sualı Dövlət katibinin sözçüsü "Aylar ya da illər sonra ola bilər, dəqiq zaman bəlli deyil"-deyə cavablandırıb.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rusiyanı DAEŞ-a qarşı birgə mübarizəyə dair çağırışına da toxunan Elizabet Trudeau Türkiyə və digər müttəfiqləriylə sözügedən terror təşkilatına qarşı mübarizə mövzusunda yaxın təmasda olduqlarını bildirib. Əlavə edib ki, birgə mübarizə alqışa layiqdir.

ABŞ Dövlət katibinin sözçüsü Diyarbəkr və Mardində PKK tərəfindən törədilən terroru pislədiklərini və həyatını itirənlərin ailələrinə başsağlığı verdiklərini də bildirb.



Әlaqәli Xәbәrlәr