Demokratiya fədailəri Türkiyənin dörd bir tərəfində"demokratiya keşiyi"ni davam etdirirlər

Demokratiya fədailəri 22-ci gündə də Türkiyənin dörd bir tərəfində demokratiya keşiyini davam etdirirlər.

546458
Demokratiya fədailəri  Türkiyənin dörd bir tərəfində"demokratiya keşiyi"ni davam etdirirlər

 Milyonlar "demokratiya keşiyi"ni bayrama çevirdi.
 
 İstanbulun bütün səmtlərində vətəndaşlar yenə böyük bir coşğu ilə demokratiya üçün meydandadır.
 
 Taksim Meydanında gənclər, yaşlılar, qadınlar və  kişilər, çiyin-çiyinə milli iradəyə sahib çıxdılar.
 
 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iqamətgahının yerləşdiyi Kısıklı Meydanı "demokratiya keşikçiləri"nin digər bir ünvanıdır.
 
 Çevrilişə qarşı birlik və bərabərlik nümayiş etdirən vətəndaşlar səhərin ilk saatlarına qədər bir an belə meydandan ayrılmadılar.
 
 Zeytunburnu, Saraçxanə, Sultanbəyli, Beykoz və digər səmtlərdə meydanlar dünən axşam da əllərində Türk bayraqları olan "demokratiya könüllüləri"ni qəbul etdi.
 
"Demokratiya keşiyi"nin tutulduğu ən böyük yerlərdən biri də Ankaradakı Prezident Kompleksində olan Millət Məscidinin  qarşısı oldu.
 
  Cəmiyyətin hər təbəqəsindən olan  insanlar demokratiyaya sahib çıxdılar.
 
 Muğlanın Bodrum qəsəbəsindəki  "demokratiya keşiyi"ndə incəsənət nümayəndələri iştirak etdilər.
 
 İkinci bir əmrə qədər meydanları doldurmağa davam edəcəklərini vurğulayan milli iradə keşikçilərinin coşğusu səhərlərə qədər davam edir.



Әlaqәli Xәbәrlәr