“Mənim xalqım meydanlarda. Mən də orda olmalıyam”, R.T Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) xəyanətkar çevrilişə cəhdinin yaşandığı 15 iyul axşamı ona edilən qayıqla yunan adalarına getmə təklifini qəbul etmədiyini bildirib.

543465
“Mənim xalqım meydanlarda. Mən də orda olmalıyam”, R.T Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) xəyanətkar çevrilişə cəhdinin yaşandığı 15 iyul axşamı ona edilən qayıqla yunan adalarına getmə təklifini qəbul etmədiyini bildirib.

Dövlət başçısı Cümhurbaşqanlığı iqamətgahında təşkil edilən Yüksək Səviyyəli İqtisadiyyat toplantısında çıxış edərək deyib ki, çevriliş cəhdi zamanı və daha sonra qərbli ölkələrdən gözlənilən dəstək görülmədi. Dostlarımız bir gün bizi başa düşəcəklər, amma bənzər acıları yaşamadan bu nöqtəyə gəlmələrini təmənni edirəm.

Almaniyanın Köln şəhərində bazar günü Türklərin keçirdiyi demokratiya mitinqində videokonfrans vasitəsilə iştirak etməsinin qəbul edilə bilmədiyini vurğulayan Ərdoğan bu qərarı dərhal qəbul edən Almaniya Konstitusiya Məhkəməsini eyni addımları terrorçulara qarşı atmadığına görə tənqid edib.

Dövlət başçısı keçmişdə terror təşkilatı PKK-nın lider kadrında olanları videokonfransla danışdıran Almaniya kimi ümumi olaraq qərb ölkələrinin terrora dəstək verdiklərini və çevrilişlərin lehinə olduqlarını söyləyib.

Ərdoğan terror və çevriliş cəhdinə birlikdə müqavimət  göstərməyən beynəlxalq ictimaiyyətsi bir gün özünün hədəf olduğunu görə biləcəyini vurğulayıb.

Türkiyənin iqtisadiyyat sahəsində ən çox etimad edilən ölkələrdən birini olduğunu ifadə edən Dövlət başçısı 15 iyul çevrilişə cəhddən sonra da  ölkənin inkişafını istəməyən güclər olduğunu söyləyib.

Ərdoğan sözlərinə davamla deyib ki, bu hadisə sadəcə ölkə daxilində planlaşdırılan bir hadisə deyildir. Daxildə vasitəçi olanların olduğu, ssenarisi isə xaricdə yazılan bir çevriliş cəhdidir. Ancaq bunu düşünə bilmədilər, bu milləti gözdən yayındırdılar. Bu millətin övladlarının tankların altına yata biləcəklərini düşünə bilmədilər.



Әlaqәli Xәbәrlәr