Türkiyə səfiri Ukraynaya FETÖ-yə qarşı tədbir görməklə əlaqədar xəbərdarlıq etdi

Türkiyənin Ukraynadakı səfiri Yönet Can Tezel Ukraynaya Fəullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinə (FETÖ) qarşı tədbir görməklə əlaqədar xəbərdarlıq etdi.

541068
Türkiyə səfiri Ukraynaya FETÖ-yə qarşı tədbir görməklə əlaqədar xəbərdarlıq etdi

 Kiyevdə keçirdiyi mətbuat konfransında Türkiyədə baş verən hadisələrlə bağlı məlumat verən Türkiyə səfiri Fətullah Gülən camaatı ilə əlaqədar olaraq: "Bu, bir sıra ölkələrdə əlaqələri olan gizli bir terror təşkilatıdır" ifadəsini işlətdi.
 
 Camaatın təxminən 150 ölkədə fəaliyyət göstərdiyinə diqqət çəkən səfir Ukraynada da, bu təşkilat ilə birbaşa əlaqəli olma təəssüratı yaradan mexanizmlərin olduğunu bildirdi. 
 
 Tezel:"Ukrayna dövlətinin bu məsələyə ciddi yanaşacağını və lazımi tədbirləri görəcəyini düşünürəm" dedi və məsələnin qonşu ölkələr üçün də milli təhlükəsizlik probleminə çevriləcəyi barədə xəbərdarlıq etdi.
 
 Səfir :"Türkiyədə olduğu kimi burada da hər şey qanun çərçivəsində aparılmalıdır. Ukraynada da tədbirlər görülməlidir" deyə danışdı.
 Tezel 15-16 iyulun müasir tarixdə insanların tanklara, döyüş təyyarələrinə məhəl qoymadan küçələrə çıxaraq dövlət çevrilişinin qarşısını aldıqları yeganə nümunə olduğunu qeyd etdi, Türk xalqının demokratikləşmə yolunda əhəmiyyətli yol qət etdiyini və geri dönmək istəmədiyini bildirdi..
 
Səfir  Ukrayna dövlətinin dövlət çevrilişi cəhdinin başlanğıcından etibarən Türkiyənin seçkilər yolu ilə hakimiyyətə gəlmiş hökumətinin yanında yer aldığını ifadə edərək:" Dostumuz , strateji tərəfdaşımız Ukraynanın verdiyi bu dəstəkdən razıyıq" dedi.
 
 Tezel turizm ilə bağlı heç bir təhlükəsizlik probleminin olmadığını da vurğuladı və: "Normal həyat axarına və təbii ki, turizmə mənfi təsir edən bir vəziyyət yoxdur" dedi.



Әlaqәli Xәbәrlәr