Hakkariyə havadan da dəstək gəldi

Türkiyənin Hakkari şəhərinin Çukurca qəsəbəsində separatçı PKK  terrorçularının hücumuna uğrayan 5 əsgər şəhid olub

540833
Hakkariyə havadan da dəstək gəldi

  Yol yoxlaması həyata keçirən əsgərlərə iri çaplı silahlarla hücum edən  terrorçular 8 əsgəri də yaralayıb.

  Qarşıdurmanın davam etdiyi bölgəyə çox sayda zirehli maşın sövq edilib, havadan da dəstək gəlib.

  Şırnakın da Cizre qəsəbəsinin Cudi dağı tərəfindəki Hisar tank batalyonuna terrorçular iri çaplı silahlarla hücum edib, 1 əsgər ağır yaralanıb.

  Bitlis mərkəzinə bağlı Karınca Jandarma Polis Bölməsi Komandanlığına PKK-çıların hücum zamanı da bir əsgər yaralanıb.

  Təhlükəsizlik Qüvvələrinin bölgədə əməliyyatları davam edir.



Әlaqәli Xәbәrlәr