Türkiyə xalqı demokratiyasını qorumağa davam edir

Fetullahçı Terror Təşkilatının (FETÖ)  hәyata keçirdiyi  çevriliş  cəhdindәn sonra  milli iradəyə sahib çıxmaq üçün Türkiyənin dörd bir tərəfində vətəndaşların doldurduğu meydanlardan birlik və bərabərlik mesajları yüksəlir.

539101

 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binәli Yıldırımın çağırışı ilә ölkәnin  dörd bir tərəfində meydanlara axın edən vətəndaşlar  çevriliş cәhdinә öz etirazlarını bildirirlәr.

Dünәn axşam saatlarında  İstanbulun Taksim meydanını  dolduran  vәtәndaşlar  çevriliş cәhdinә reaksiya göstәriblәr.

İstanbul Böyükşəhər Bələdiyyəsi tәrәfindәn  qurulan platformadan  dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın daha əvvəl oxuduğu şeirlər sәslәndirilib.  

 Taksimdәki demokratiya növbәsindә  10 rayonun  bәlәdiyyә sәdri dә iştirak edib.

Ankaranın Kızılay meydanında da minlәrlә vәtәndaş demokratiya keşiyindә durmağa davam edir.

Kızılay meydanındakı  demokratiya  növbәsindә   Әdalәt vә İnkişaf Partiyasının Qadın Qolları Başçısı  Lütfiyə Selva Çam, Ankaranın  Bələdiyyə sədri Melih Gökçәk,  rayon bələdiyyə sədrləri ilə bir sıra qeyri-hökumət təşkilatı nümayəndələri də iştirak edib. Millәt vәkili Lütfiyə Selva Çam  vә bәlәdiyyә sәdrlәri çevriliş cəhdinə reaksiya göstəriblәr.

Әlaqәli Xәbәrlәr