Türk Silahlı Qüvvələrindən qovulmalar barədə qərarlar

"Fövqəladə vəziyyət kontekstində görülməsi zəruri olan tədbirlər ilə bəzi qurum və təşkilatlara dair tənzimləmələr  haqqında qanun hökmlü fərman" rəsmi qəzetin təkrar sayında dərc olundu.

539091

Bu әsasda Terror Tәşkilatı Paralel Dövlәt Quruculuğu  (FETÖ/PDY) ilә әlaqәsi olan Quru Qoşunlar Komandanlığından  87 general, 726 zabit, 256 gizir, Dәniz Qüvvәlәri Komandanlığından 32 admiral, 59 zabit, 63 gizir, Hava Qüvvәlәri Komandanlığından  30 general, 314 zabit, 117 gizir olmaqla  1684 әsgәr Türk Silahlı Qüvvәlәrindәn qovulub.

Fәrmana әsasәn  3 xәbәr agentliyi, 16 televiziya, 23 radio, 45 qәzet, 15 jurnal, 29 redaksiyanın  da  fәaliyyәti dayandırılıb.

Türk Silahlı Qüvvәlәrindәn qovulan әsgәrlәr bir daha Türk Silahlı Qüvvәlәtinә qәbul edilmәyәcәk  vә  dövlәr  qurumlarında işlәyә  bilmәyәcәklәr.

 Qeyd edәk ki,Jandarm və Sahil Təhlükəsizlik Komandanlığı Daxili İşlәr Nazirliyinә tabe olub.

Әlaqәli Xәbәrlәr