“Ərdoğan "bitdi" demədən buradan ayrılmayacağıq”

Ankara Böyükşəhər Bələdiyyə sədri Melih Gökçek, ölkə başçısı Ərdoğanın oğlu Bilal Ərdoğan və bir sıra AK Partiya millət vəkilləri də Kızılaydakı demokratiya keşiyinə qatılaraq xalqı salamlayıb və çevriliş cəhdinə münasibətlərini bir daha bildiriblər

537754
“Ərdoğan "bitdi" demədən buradan ayrılmayacağıq”

  Türkiyədə vətəndaşlar Fətullahçı Terror Təşkilatı Paralel Dövlət Qurumunun (FETÖ/PDY) 15 iyul çevriliş cəhdinə reaksiyasını göstərmək üçün demokratiya növbəsini davam etdirir.

  Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırımın çağırışıyla başlanan demokratiya keşiyi üçün İstanbul Saraçhane rayonunda İstanbul Böyükşəhər Bələdiyyəsinin qarşısında toplanan vətəndaşlar əllərində Türkiyə bayraqları ilə qiyama qarşı olduqlarını bildiriblər.

  İstanbulda vətəndaşlar Ərdoğanın evinin olduğu Üsküdar Kısıklı, eyni zamanda, Taksim Meydanı, Beşiktaşdakı İlhamur Parkı, Esenler, Kasımpaşa və Eyüp başda olmaqla şəhərin müxtəlif nöqtələrində demokratiya keşiyi üçün meydanlara toplaşır.

  Ankaradakı demokratiya növbəsinin ünvanı isə əsasən Kızılay Meydanıdır. Ankara Böyükşəhər Bələdiyyə sədri Melih Gökçek, ölkə başçısı Ərdoğanın oğlu Bilal Ərdoğan və bir sıra AK Partiya millət vəkilləri də Kızılaydakı demokratiya keşiyinə qatılaraq platformadan xalqı salamlayıb və çevriliş cəhdinə münasibətlərini bir daha bildiriblər.

  11 gündür demokratiya keşiyini davam etdirən vətəndaşlar: “Ərdoğan "bitdi" demədən buradan ayrılmayacağıq” deyirlər.

  Ankaradakı keşik nöqtələrindən biri də Cumhurbaşkanlığı İqamətgahı və Millət məscididir. Bura keşiyə gələnlər İqamətgahın xatirə dəftərlərinə çevrilişə cəhdlə bağlı fikirlərini də bölüşüblər.

  Demokratiya növbəsinin İzmirdəki ünvanı Konak Meydanında da minlərlə adam olub. Dünya tarixinə keçəcək qərarlı duruşu ilə izmirlilər də milli iradəyə və gələcəyinə sahib çıxdığını göstərib.

  Demokratiya keşikləri Türkiyənin dörd bir yanında eyni qərarlılıqla davam edir.



Әlaqәli Xәbәrlәr