“Fətullahçı Terror Təşkilatına qarşı birgə mübarizə aparmalıyıq",Ə.B.Çonkar

Türkiyənin Avropa İttifaqı Birgə Parlament Komissiyasının sədri Əhməd Berat Çonkar avropalı həmkarlarına səslənib: "Fətullahçı Terror Təşkilatının başçısı Fetullah Güləni dəstəkləyənlərə qarşı birgə mübarizə aparmalıyıq!

537035
“Fətullahçı Terror Təşkilatına qarşı birgə mübarizə aparmalıyıq",Ə.B.Çonkar

Türkiyənin Avropa İttifaqı Birgə Parlament Komissiyasının sədri Əhməd Berat Çonkar avropalı həmkarlarına səslənib: “Fətullah Güləni dəstəkləyənlərə qarşı birgə mübarizə aparmalıyıq!”

Çonkar həmkarlarına göndərdiyi məktubunda “biz müttəfiqlərimizdən bu terror qrupunun ölkələrinizdəki fəaliyyətlərinin qarşısının alınmasında mümkün olan bütün addımların atmasını istəyirik”-deyə çağırışını edib.  Əhməd Berat Çonkar vurğulayıb ki, Türkiyədə sabitlik pozularsa, bunun Avropa İttifaqına təsiri böyük olacaq.

İyulun 15-də çevirilişə cəhdin arxasında Fetullahçı Terror Təşkilatının olduğunu xatırladan Əhməd Berat Çonkar yazır ki, əslində ilk andan Türkiyə Silahlı Qüvvələrinin böyük qisimi bu xəyanətkar cəhdə qarşı çıxıb. Türkiyənin qanun çərçivəsində həyata keçirdiyi tədbir və tədqiqatlarla əlaqədar “həqiqəti əks etdirməyən və səhv təxminlər” kimi qərəzli və qəbuledilməz iddialar irəli sürənlər əslində çevirilişlərə dəstək olanlardır.

Türkiyənin DAEŞ və PKK/YPG-yə qarşı mübarizəsinin davam etdiyini bildirən Əhməd Berat Çonkar məktubunda bir daha vurğulayıb ki, Türkiyədə sabitlik pozularsa, Aİ üzv ölkələrdə, eyni zamanda bölgədə ciddi mənfi nəticələrə səbəb olacaq. Buna görə də Avropa İttifaqındakı müttəfiqlərimizin hər hansı bir dəstəyindən məmnun olarıq.



Әlaqәli Xәbәrlәr