"Belə bir vəziyyət qaçqın mövqeyində olan suriyalılar üçün də mümkün ola bilər", R.T.Ərdoğan

Ərdoğan Polşada keçirilǝn NATO-nun zirvǝ toplantısından qayıdarkǝn jurnalistlərin suallarını cavablandırıb.

526729
"Belə bir vəziyyət qaçqın mövqeyində olan suriyalılar üçün də mümkün ola bilər", R.T.Ərdoğan

Qaçqınlara vətəndaşlıq verilməsi barǝdǝki düşüncǝsini bir daha dilə gətirən dövlǝt başçısı Rǝcǝb Tayyib Ərdoğan suriyalıların Baş Nazirliyin nǝzarǝtindǝ tikilǝn mǝnzillǝrdǝn boş olanlara yerləşdirilə bilǝcǝyini deyib.

 Ərdoğan Polşada keçirilǝn NATO-nun zirvǝ toplantısından qayıdarkǝn jurnalistlərin suallarını cavablandırıb.

 Bu gün bir türk, alman və ya amerika vətəndaşı olursa bənzər bir vəziyyətin Türkiyədə qaçqın mövqeyində olan suriyalılar üçün də mümkün ola bilǝcǝyini qeyd edən dövlǝt başçısı Ərdoğan həmçinin suriyalılarla bu regionda illərdir dostluq, qardaşlıq və qohumluq hüquqi içərisində yaşanıldığını vurğulayıb.

 Suriyalılara vətəndaşlıq verilmǝsinin Türkiyə böyüklüyündəki bir ölkə üçün problem olmayacağını da qeyd edən Ərdoğan bildirib ki, bu millət hazırda 79 milyon ǝhalisi ilǝ 780 min kvadrat kilometrdə yaşayır. Bizim yarı ərazimizdəki Almaniyada isə hazırda 85 milyon insan yaşayır. Ona görə Türkiyǝ bu məsələnin öhdəsindən də rahatlıqla gǝlǝ bilǝcǝk bir ölkədir.

 Qaçqınların illərlə qaçqın düşərgələrinə məhkum edilə bilmǝyǝcǝyini dilǝ gǝtirǝn Dövlǝt başçısı onu da vurğulayıb ki, TOKİ adlandırdığımız Baş Nazirliyin nǝzarǝtindǝ tikilǝn mǝnzillǝrdǝn boş olanlara suriyalılar yerlǝşdirilǝ bilǝr. Bu mǝnzillǝrǝ Axısqa türklǝrindǝn dǝ yerlǝşdirildi. Eyni işi suriyalılar üçün dǝ görmǝk mümkündür.

Terror tǝşkilatı PKK-nın “Bahoz Ərdal" ləqəbli dırnaqarası rəhbəri Fehman Hüseynin öldürüldüyü xəbərlərini təsdiq etmək üçün işlərin davam etdiyini də qeyd edən Ərdoğan bildirib ki, ǝldǝki mǝlumatlar da bu istiqamətdədir. Suriya tərəfində 14 nəfərlik bir qrupla birlikdə öldürüldüyünǝ dair mǝlumatlar var.



Әlaqәli Xәbәrlәr