“New York Times” qəzetinə cavab

Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç “New York Times” qəzetinin İstanbul Atatürk Havalimanında törədilən terror hadisəsiylə bağlı dərc etdiyi yazıya cavab olaraq tənqidi məktub göndərib

525421
“New York Times” qəzetinə cavab

  Səfir “Redaktora məktub” adlanan məktubunda qəzetin 30 iyun tarixli “Türkiyədə vəhşi hücumun arxasında” başlıqlı yazıda terror aktının törədilməsinin bütün səbəblərinin qeyd edilmədiyinə diqqəti çəkib.

  Terrorçuların yalnız Türkiyəni hədəfə almadığını vurğulayan Sərdar Kılıç xatırladıb ki, "Türkiyə DAEŞ-ı hələ 2013-cü ildə terror təşkilatı elan edib. Hələ o zaman problemin ciddiliyini çatdırmağa çalışıb. Lakin əksər hallarda təkbaşına mübarizə aparmaq məcburiyyətində qalıb... Türkiyən 2011-ci ildən bugünədək 145 dövlətdən 50 mindən çox vətəndaşın ölkəyə girişinə qadağa qoyub, 98 dövlətdən 3600 vətəndaşın sərhədi pozduğunu müəyyən edib, DAEŞ, Nusra Cəbhəsi və Əl-Qaidə ilə əlaqəsi olan 5310-dan çox insanı nəzarətə alıb, 1654 adamı isə həbs edib... Türkiyə DAEŞ-lə mübarizə aparmamaqda günahlandırmaq haqsızlıqdır... Terror qruplaşmalarının əsasən Türkiyəni hədəfə almalarının əsas səbəbi ölkənin onlara qarşı mübarizədə ön cəbhədə durması və həm də böyük əksəriyyətin müsəlmanlardan ibarət olmasıdır... Artıq qlobal terrora qarşı mübarizədə bütün güclərin birləşməsi vaxtıdır".



Әlaqәli Xәbәrlәr