R.T.Ərdoğan:''Bayramlar qardaşlıq əhdini yeniləmək üçün əhəmiyyətli fürsətdir''

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı təbrikini edib, bayramların qardaşlıq əhdini yeniləmək üçün əhəmiyyətli fürsət olduğunu bildirib.

523956
R.T.Ərdoğan:''Bayramlar qardaşlıq əhdini yeniləmək üçün əhəmiyyətli fürsətdir''

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı təbrikini edib, bayramların qardaşlıq əhdini yeniləmək üçün əhəmiyyətli fürsət olduğunu bildirib.

“Bir ay ərzində qardaşlıq, yardım, həmrəylik və sülh içində yaşadıq. Şəhərlərimiz, qohum-qonşularımız, qardaşlarımızla, ehtiyac sahibləriylə çörəyimizi, suyumuzu paylaşdıq. Bayramlar Rəbbimizin bir neməti olmasıyla yanaşı həm də, milli birlik və bərabərliyimizi gücləndirir. -deyə Ərdoğan əlavə edib.

İslam dünyasında bu müqəddəs ayda da çətinliklərin davam etdiyini vurğulayan dövlət başçısı bildirib ki, eyni qibləyə səcdə edənlərin bayram sevincini birgə yaşamaq haqqları var.

Dünyanın əhəmiyyətli dəyişikliklərin davam etdiyi bir dövrdən keçdiyini deyən Rəcəb Tayyib Ərdoğan Suriya və İraqdan gələnlərə sahib çıxdıqlarını da bildirib. Avropa ölkələrinin isə fərqli problemlərlə mübarizə apardığına toxunan Türkiyə dövlət başçısı əlavə edib ki, İngiltərənin Avropa İttifaqından ayrılma qərarı başqa ölkələrə də təsir edir. Dünyanı xaosa sürükləyənlər öz ölkələrindəki irqçilik və ayrı-seçkilik meyllərinin qarşısını ala blimirlər. Türkiyə hökuməti isə qlobal iqtisadi və siyasi böhranlara qarşı tədbirlər görür, 2023-cü ilə istiqamətlənən məqsədlərimizə addım-addım irəliləyir.

Rəcəb Tayyib Ərdoğan  bildirib ki, qlobal dəyişiklik dövründən çıxmağı bacaracağıq.

“İsrail və Rusiya ilə əlaqələrimiz inkişaf edir. Son qarşılıqlı müsbət addımlar gələcəyə dair ümid verir. Suriyada mövcud vəziyyət, terror və süni gərginliklərin səbəb olduğu böhranları dəf edib əlaqələri yenidən bərpa edirik. Türkiyə terrorla mübarizənin öhdəsindən gələcək, beynəlxalq əlaqələri gücləndirəcək, nəhəg layihələr həyata keçirəcək və bununla da gələcək nəsillərin səadətini təmin edəcək”-deyə dövlət başçısı vurğulayıb.



Әlaqәli Xәbәrlәr