Siyasi xadimlər terror aktını kəskin pislədi

Atatürk beynəlxalq hava limanında baş verən terror hadisəsini Türkiyədə siyasətçilər də kəskin pisləyir.

520762
Siyasi xadimlər terror aktını kəskin pislədi

Atatürk beynəlxalq hava limanında baş verən terror hadisəsini Türkiyədə siyasiətçilər də kəskin pisləyir.

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu terrorun insanlığa zidd olduğunu bildirərək “qandan bəslənən hər kəsə lənət olsun" deyib. Milliyətçi Hərəkət Partiyasının (MHP)  sədri Dövlət Bahçeli twitterdə yazdığı şərhində qeyd edib ki, insanlıqdan canavara dönmüşlərin mənfur hücumlarını lənətləyirəm. MHP sədri vurğulayıb ki, DAEŞ, PKK və ya tərəfdarları Türkiyəni əsla parçalaya bilməyəcəklər.

Ədliyyə naziri Bəkir Bozdağ hücumun ölkədə sabitliyin pozulması məqsədini daşıdığını bildirib və terrorla sonadək mübarizə aparılacağını vurğulayıb.

Avropa İttifaqı naziri və baş müzakirəçi Ömər Çelik də öz növbəsində terror aktını pisləyək, mənfurlara qarşı birgə mübarizənin vacibliyini önə çəkib.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Berat Albayrak və Dini İşlər üzrə İdarənin rəhbəri Mehmet Görmez də eyni fikirləri paylaşıb. Türkiyə Silahlı Qüvvələri də hücumu yazılı şərhlə qınayıb.

Terror hücumunu ABŞ-ın Ankaradakı səfiri Con Bass da sosial şəbəkədə pisləyib.

Səfir yazısında "Dəhşət içindəyik. Həyatını itirənlərin ailələriylə birlikdə yas tutur və yaralılara şəfa üçün dua edirik" deyə qeyd edib.

 



Әlaqәli Xәbәrlәr