İstanbul Atatürk Havalımanında terror hücumu: 36 ölü, 200-ə yaxın yaralı

B.Yıldırım: “Təhlükəsizlik qüvvələrinin təsbitinə görə, terror DAEŞ-i işarə edir. Amma işlər hələ davam edir."

520316
İstanbul Atatürk Havalımanında terror hücumu: 36 ölü, 200-ə yaxın yaralı

  Atatürk Havalimanı Xarici Xəttlər Terminalında terror hücumu törədilib, 36 nəfər həyatını itirib, 200-ə yaxın adam yaralanıb.

  Hadisə yerinə dərhal çox sayda polis, xilasetmə və səhiyyə qrupları sövq edilib. Təcili Yardım və UMKE qruplarının müdaxilə etdiyi yaralılar xəstəxanalara aparılıb. Havalimanı daxili və xarici çıxışlara bağlanılıb. Özəl hərəkat və bomba məhvi qrupu işə başlayıb.

  Türkiyənin Baş naziri Binəli Yıldırımın təcili böhran qrupu yaradılması üçün Daxili İşlər naziri Efkan Alaya verdiyi təlimata əsasən Nazirlər Böhran Şurası yaradılıb.

  Səhiyyə Nazirliyindən verilən məlumata görə, Atatürk Havalimanındakı partlayışdan dərhal sonra - saat 21.55-dən təcili yardım maşınları hadisə yerinə gəlib, yaralılara müdaxilə edilib, hadisə yerindən bütün yaralılar 112 təcili yardım maşınlarıyla nəql edilib. Yaralılar İstanbul xəstəxanalarına yerləşdirilib, qan ehtiyacı yoxdur”.

  Birbaşa yayım qadağan edilib. RTÜK-dən edilən şərhdə yazılır: “Baş Nazirliyin əmriylə İstanbul Atatürk Hava limanı Xarici Xəttlər Terminalında törədilən partlayışla bağlı müvəqqəti olaraq yayım qadağası qoyulub.”  İstanbul Bakırköy 3-cü Sülh Cəza Hakimliyi məhkəməsi də terrorla bağlı mətbuat, internet və ictimai media üzərindən hər hansı qeyri-rəsmi xəbər, müsahibə və hadisə görüntülərinin paylaşılmasına müvəqqəti yasaq qərarı verib.

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan partlayışla əlaqədar Baş nazir Binəli Yıldırım və Baş Qərargah rəisi Hulusi Akarla Prezident İqamətgahında iclas edib, Baş nazir yardımçısı Numan Kurtulmuş, Daxili İşlər naziri Efkan Ala, Milli Müdafiə naziri Fikri İşık, Baş prokuror Hadi Salihoğluna hadisəylə bağlı araşdırmalar aparılması tapşırılıb. Salihoğlu jurnalistlərin verdiyi suallara “Araşdırmalar davam edir”, - deyib.

  B.Yıldırım: “Təhlükəsizlik qüvvələrinin təsbitinə görə, terror DAEŞ-i işarə edir. Amma işlər hələ davam edir."



Әlaqәli Xәbәrlәr