PKK və onun davamı olan digǝr terror tǝşkilatları xain hücumlarını davam etdirir

Antalya vilayǝtinin Kumluca qǝsǝbǝsindǝ davam edən meşə yanğınını Diyarbəkirin Licǝ qǝsǝbǝsindǝ göstərən HDP (Xalqların Demokratik Partiyası) üzr istǝyib.

518877
PKK və onun davamı olan digǝr terror tǝşkilatları xain hücumlarını davam etdirir

Xarici işlər Naziri Mövlud Çavuşoğlunun Antalya vilayǝtinin Kumluca qǝsǝbǝsindǝ davam edən meşə yanğınını Diyarbəkirin Licǝ qǝsǝbǝsindǝ göstərən HDP-yǝ (Xalqların Demokratik Partiyası) sərt reaksiya göstərməsindǝn sonra Partiya üzr istǝyib.

 HDP-nin ingilis dilindǝ olan rəsmi “Twitter” hesabında paylaşılan yazıda Kumlucu qǝsǝbǝsindǝ davam edən meşə yanğınını əsgərlərin Licǝdǝ törǝtdiyi iddia edilib.

 Axşam saatlarında isǝ nazir Çavuşoğlu, rəsmi “Twitter” sǝhifǝsindǝ HDP vǝ bir xǝbǝr agentliyinin yayımladığı “tweetlǝri” vieoçarxla birlikdǝ bölüşərək sərt reaksiya göstərdi.

 Çavuşoğlu mesajında, "Kumlucadakı yanğının Licǝdǝ olduğunu göstǝrǝn xəyanət şəbəkələri və siyasi davamı olan qruplar alçaqlıqda sərhəd tanımır" deyǝ bildirib.

 Çavuşoğlunun  “Twitter”dǝki bu yazısından sonra səhvini başa düşǝn HDP ingilis dilindǝki rəsmi “Twitter” hesabında bu dəfə, "Kumlucuda baş verən yanğına aid bir şǝkilin səhvən Licǝdǝ baş  vermiş kimi kimi paylaşdığını gördük. Buna görə səmimiyyətlə üzr istəyirik" tǝrzindǝ üzr mesajı yayımlanıb.

 Digər tərəfdən, HDP Türkcə rəsmi “Twitter” hesabında məsələ ilə bağlı  mǝlumat paylaşmayıb, sadǝcǝ ingilis dilindəki saytında üzr tweeti paylaşıb.



Әlaqәli Xәbәrlәr