İsrail və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılmasına dair razılığa gəliblər

İsrail  ‘‘Mavi Marmara’’  hücumunda  həyatını itirənlərin ailələrinə təzminat ödəməyi və Türkiyənin Qəzzadakı humanitar vəziyyətə müdaxiləsini qəbul edib.

518718

İsrail və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılmasına dair razılığa gəliblər. Münasibətlərin normallaşdırılmasına dair danışıqlar iyunun 26-da  Romada baş tutub. 

İsrail 2013-cu ilin mart ayında  Türkiyənin ilk tələbini ödəyərək  tarixdə ilk dəfə xarici bir dövlətdən üzr istəmişdi.

Әldә olunan razılaşma  çərçivəsində Türkiyənin digər iki şәrti dә  İsrail tərəfindən qəbul edilib.

 Bu istiqamətdə İsrail  ‘’Mavi Marmara’’ hücumunda  həyatını itirənlərin  ailәlәrinә  tәzminat ödemeyi və Türkiyənin Qəzzadakı humanitar vəziyyətə müdaxiləsini də qəbul edib.

 İsrail ilә әldә olunan razılaşma  Türkiyənin  2010-cu ilin  31 may tarixindәn etibarәn  nümayiş etdirdiyi prinsipial və qətiyyətli mövqe sayəsində qazanılmış  diplomatik uğur kimi görünür.

 Qeyd edәk ki, Türkiyə baş naziri  Binali Yıldırım İsrail ilə aparılan müzakirələrdə əldə olunan anlaşma ilə əlaqədar  bu gün saat 13:00-da  Çankaya Köşkündә bәyanat verәcәk.

Әlaqәli Xәbәrlәr